İsveç tarixinin atası sayılan tarixçi: “Atalarımız Odin və yoldaşları, Türklərdir.”

«İngilinqlər haqqında saqa (dastanını)»nı qeydə alan orta əsr İslandiya tarixçisi Snorri Sturulsonun məlumatlarına görə, Odin, Tan (Don) çayının sol sahilində, deltasında bir səltənətə sahib idi. Onun idarə etdiyi adamlar Asov xalqı (Aisir) adlanırdı. Onun qövmü olan Aslar qonşu Van xalqı ilə bir-birlərinə qarşı, gah savaşır, gah da ittifaqa girirdilər. Vanlar Aslardan qərbdə yaşayırdılar və Tanın (Don) sağ sahilini işğal etmişdilər. Maraqlıdır ki, İngilis-Alman dillərindən tərcümədə Circassiya Circa — Ətraf, Assia — Assia kimi tərcümə olunur.

Romalılar gəldikdə, Odin Tan (Don)dan ayrılmaq, bu səltənətini tərk etmək qərarına gəldi. Kahinlər ilə birlikdə Odin şimaldakı Sakson ölkəsinə, Danimarkadakı Funen adasına, sonra qayıqla İsveçə getdi və orada da öldü. Bu ölkələrin hamısı daha aşağı inkişaf səviyyəsində olan insanlar tərəfindən məskun idi. Onunla birlikdə daha inkişaf etmiş bir mədəniyyətin texnologiya və biliyini gətirən Odin, Tanrı olaraq qəbul edildi.

Olaf Maqnusun məşhur «Historia De Gentibus Septentrionalibus» kitabındakı şəkildə Odin, Friqq və Toru əks etdirən bir oyma təsvir edilir. «Şimali xalqlarının tarixi», 1555-ci il.

Odinin başının üstündəki on iki ulduz Çərkəz bayrağına səpələnmişlərlə eynidır. Və «ilahi ailə» üçlüyü, üç çapraz ox ilə simvolizə olunur. Belə bir təsadüf olarmı? (adıgi.ru)

P.S. 12 ulduz və 3 ox türk gələnəyindən qopduğunu yazar rus avrosentristi «unudur». Amma İsveç tarixinin atası sayılan tarixçi isə unutmayıb: “Atalarımız Odin və yoldaşları, Türklərdir. Bu mövzuda kifayət qədər sübutumuz var. Onları Traklar və ya Getler kimi göstərmək istəyənlər var. Tənqid etmək lazım deyil. Nəticələrim dəyişmir. Çünki bunlar əslində türklərlə macəra yaşamaq istəyən xalqlardır. Liderlərimiz əcdadlarımızı türklər və köçərilər olduğunu rahat şəkildə göstərirlər.» Professor Sven Lagerbring

İstinad: Fedai.az

    Yazıya (123) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.