“Polad ürəklər” – Şəhid Əli Tağıyev (video)

əli tağıyevTağıyev Əli Aydın oğlu 1997-ci ildə İmişli rayonunda anadan olub.

2003-cü ildə Bakı şəhər Səbail rayonunda yerləşən 162 nömrəli orta məktəbə gedib.

2011-cidə orta məktəbin 9-cu sinfini bitirib.

2012-ci ildə Bakı Peşə Liseyinin Veb-dizayner fakültəsinə daxil olub.

2015-ci ildə Üçüncü dərəcəli Veb-dizayner ixtisasına yiyələnərək, kolleci bitirib. 2016-ci ilə qədər fiziki əməklə məşğul olub.

2016-cı ildə hərbi xidmətə çağrılıb. Aprel döyüşləri zamanı Goranboy və Murovdağ ətrafı mübarizədə nümunəvi əsgər adını qazanıb.

2017-ci ilin iyul ayının 1-də xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri-Fərmanla təltiflənib, ailəsinə bir neçə dəfə təşəkkür məktubu ünvanlanıb.

2017-ci ildə Bakı şəhərində yerləşən Dizayn və Vizualogiya Məktəbində təhsilini davam etdirib.

2020-ci il sentyabr ayında Ali Baş Kamandanın qismən səfərbərlik elan etdiyi gündən könüllü olaraq səfərbərliyə yazılıb.

2020-ci il sentyabr ayının 29-da döyüşə yollanıb. Cəbrayıl, Füzuli, Hadrut rayonu ərazilərində gedən döyüşlərdə qəhrəmancasına vuruşub.

13 oktyabr 2020-ci ildə Füzuli döyüşlərində Şəhidlik zirvəsinə yüksəlib.

İkinci təhsili yarımçıq qalıb…

Əli Tağıyevin cənazəsi Badamdar qəsəbəsində təzə salınan  Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

 

 

 

 

Yazıya 551 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.