Tovuz Xeyriyyə Cəmiyyəti Əsəd Cahangiri təbrik etdi

Hörmətli ədibimiz

Əsəd Cahangir!

Sizin – çağdaş Azərbaycan ədəbiyyatının görkəmli siması, ədəbi-tənqidçi, esseist və  şairin  55 yaşı və yaradıcılığınızın 30 illiyi tamam olur. Siz özünüzün “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq”, “On üçüncü gecə” kimi dərin məzmunlu, aktual ideyalı kitablarınız, çoxsaylı məqalə, esse, poema, filolji və bədii tərcümələrinizlə  müstəqillik dövrü ədəbiyyatımızın  nəzəri-estetik əsaslarının qoyulması, milli bədii firkin yeni anlayışlarla zənginləşməsi, gənc istedadların üzə çıxarılması, dünya ədəbiyyatının bir sıra nümunələrinin dilimizə çevrilməsi, ədəbiyyatımızın  türk dünyası və dünyada təbliği işinəəvəzsiz töhfələr vermiş,  müasir ədəbi prosesdə silinməz izlər qoymusunuz.

Görkəmli ədibimiz!

Sizi yaradıcılığınızın 30 illiyi və 55 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir,  Tovuz Xeyriyyə Cəmiyyəti adından   sizə  möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Hörmətlə: Çingiz Abbasov

 

Yazıya 303 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.