Seyid Murtəza Hüseyni – ÜÇ GÖL BİR BEŞİK

20210630_075019 (1)(Azərbaycan Mədəniyyət Tarixi Başlanışdan Dəmir Çağının Sonuna Qədər)

Yeni görüşlər və düşüncələri içərən bu bilimsəl tarix kitabı başda Azərbaycan coğrafiyası olaraq üç göl (Göycə göl, Van gölü, Urumiyə gölü) arasında yerləşən əski mədəniyyətlərin yüksəliş və yeniş tarixi prosesini araşdırıb incələməyə çalışır başlanışdan dəmir çağının sonuna qədər. Bu araşdırmanın əsas amacı bu kültürəl birey, tarixi coğrafiya və Azərbaycan tarixinin tarix öncəsi damğasıyla unutulmasına çalışılan möhtəşəm mədəni tarixini göz önünə gətirərək gərçəkçi və yeni bir baxışla tanıtmaqdır. Kitab  daha çox tunc və dəmir əsrlərində şəkillənib yüksələn mədəniyyət mərkəzlərinin çeşidli özəlliklərinin həqiqi portrəsini  görməyə çalışmaqdadır.

Kitabın yazarı bu kitabda çoxlu tarixçilərin metodu və görüşünə rəğmən heç bir tarixi qaynağa istinad etməyərək tarixə bənzədilən nağılları sıralamaq peşində olmayıb öz əsərini yalnız arkeoloji qaynaqları və yüksək səviyədə güvənli olan rəsmi arkeolojik qazıntıların raporları və tapıntıarı əsasında  yazmışdır. Onuniçin bu ətraflı çalışmasının sonucu tarixi idealizm əsasında yazılan nağıllardeyil  olduqca gərçəkçi bir baxışla toplumsal tarixin gərçək üzünün görüntüsüdür.

1. Bölüm yaxın doğu, üç göl arası tarixi coğrafiya və Azərbaycanın coğrafiyası və coğrafiya özəlliklərinə həsr olunub. 2. Bölüm arxeolojiilə tarix bilimləri arasında olan ilgidən bəhs edərək arxeolojinin daha gərçəkçi bir tarix biliminə varabilmək üzərə nə qədər və necə yardımcı olabilməsini diqqətə alıb özəlliklə əski çağların tarixinin araşdırması qonusunda. 3. Bölüm arxeologların araşdırmaları və qazıntıları sayəsində göz önünə çıxaraq tanınan əski mədəniyyət yerləri və mərkəzləri haqqında bilgi verərək onların tanıtımına çalışmışdır. 4. Bölüm söz qonusu olan bölgə və  Azərbaycanın tunc çağından öncəki  durumunu qısaca açıqlamışdır. 5. Bölümdə tunc çağı və Kür- Araz mədəniyyətinin özəl və detaylı incələməsinə yer verilmişdir. 6. Bölüm steplər və köçəri toplumların kültür formu olan Qurqan (Kurgan) kültürünün tanıtımına ayiddir. 7. Bölüm dəmir çağına həsr olunub bu çox önəmli olan əsrin durumu və özəlliklərini açıqlayaraq Aryan Hind- Avrupalıların bu bölgələrə gəlmə teorisini eleşdirərək rədd etmişdir. 8. Bölüm geniş və detaylı bir biçimdə Azərbaycanın dəmir əsri mədəniyyətinin mərkəzi və simvolu olan Həsənli Təpəsindən bəhs etməkdədir. 9. Bölüm dəmir əsrinin sonlarında başda Azərbaycan coğrafiyası olaraq söz qonusu olan tarixi coğrafiyanın başabaşında gəlişib yüksəlməkdə olan bütün mədəni mərkəzlərin çox acımasız və vəhşi bir ardıcıl hücumlar əsərində yaxılıb yıxılmasından bəhs edərək bu böyük və qorxunc çöküşün özəllikləri və bu dəhşətli məhv olmaların səbəbkarı olanları tanıyıb tanıtmaya çalışmaqdadır. Onuncu və sonuncu bölüm isə həmin yayğın hücum və çöküşün ardından başlanan qaranlıq boşluq dönəminin başlanma qanıtlarını bir araya gətirərək bu önəmli qonunun vurğulayır: İranın pan- aryanist tarixinin iddiasıca möhtəşəm Həxaməniş imparatorluğunun başlanışıilə birlikdə bütün bölgə mədəniyyətlərinin yaxılıb yıxılıb məhv olması açıq aydın görünməkdədir. Başqa bir deyimlə: İranın pan- aryanist tarix söyləminin uydurmalarına rəğmən Həxaməniş dönəmi adlanan dönəmin başlanışı mədəniyyət başlanışıdeyil dəmir çağının möhtəşəm mədəniyyətlərinin çox dəhşətli bir sıra ardıcıl hücumlarla məhv olması və boşluq dolu qaranlıq bir dönəmin başlanmasıdır və bütün arkeoloji qazıntıları və tapıntıları bu görüşü onaylamaqdadır.

 

    Yazıya (207) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.