ŞƏHİDLƏRİN MƏKANI CƏNNƏTDİR (fotolar)

WhatsApp Image 2021-10-10 at 13.04.24ŞƏHİDLƏRİN MƏKANI CƏNNƏTDİR, AMMA BİZ ANALAR BALA HƏSRƏTİNDƏN CƏHƏNNƏM YAŞAYIRIQ

Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində dünyaya gəlmişdi. 1994-2002-ci illərdə Dizə kənd tam orta məktəbini bitirdikdən sonra, təhsilini 2002-2005-ci illərdə Hərbi Liseydə davam etmişdi. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsili almışdı.
Onun ən böyük arzusu hərbçi olmaq idi. Hərbçi olmaq arzusuna çatan Vüsal, bu yolu heç də peşə xatirinə seçməmişdi. Darda olan Qarabağın xilası onu daim düşündürmüşdü. Şuşada Azərbaycan bayrağını dalğalanan görmək isyəyirdi.
Həmişə öndə olmağa çalışan Vətən oğlu Azərbaycan Ordusunun mayoru idi. 2016-cı ilin Aprel döyüşlərində ən qaynar nöqtələrdə olan Vüsal Vəliyev ağır yaralansa da, ailəsindən hər şeyi gizlətmişdi. Amma onun qələbə arzuları ürəyində qalmışdı. İçində nifrət kök salmışdı. Nəyin bahasına olursa-olsun, mütləq şəhid dostlarının qisasını almalı idi. 2020-ci il sentyabrın 27-də başlayan II Vətən Müharibəsi onun ürəyindən xəbər vermişdi. Silahdaşı olan general Polad Həşimovun şəhidliyi, Vüsalın ürəyinə ox kimi batırdı. Mütləq Azərbaycan generalının qisasını almalı və Şuşaya qədər getməli idi. O, bu istəkləri həyata keçirməklə rahatlıq tapacaqdır.
Arzularına çatmaq istəkləri Allah tərəfindən elə bil ona ayan olmuşdu.
Allahu-Təala bəbdələrinə buyurur: -Sən məndən istə, yetər ki, ürəkdən istə. Mən səni istəyinə qovuşduraram.
44 günlük Vətən Müharibəsi, Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının və Milli Ordumuzun sayəsində uğurla başa çatdı. Amma qələbə sevinci bizə acı göz yaşları ilə qismət oldu. Üç minə yaxın şəhidin qanı, minlərlə qazinin sağlamlığını itirmək bahasına başa gəldi. Bu şəhidlərin arasında
Vüsal Vəliyev də var idi. O, noyabrın 9-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsini fəth edir. Naxçıvan Muxtar Respublikası şəhidimizə böyük etimad göstərərək, Şərur şəhərinin Şəhidlər Xiyabanında igid oğlumuzu torpağa verirlər.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020 -ci il tarixli Sərəncamına əsasən Vüsal Vəliyev ölümündən sonra ”Vətən uğrunda” medalı ilə təltif edimişdi.

Şəhidlər ölmür. Onlar hər zaman xalq tərəfindən yad edilir. Mən də Vüsal Vəliyevi yad etmək üçün ilk əvvəl məzarını ziyarət etdim. Sonra onun doğulduğu ata ocağına üz tutdum. Həyətə girəndə biranlıq yerimdə dondum. Şəhidimizin anası Mədinə xanım qara libasda bağda iş görürdü. Bizi görüb yaxınlaşdı, salamlaşdıq.
Mədinə ana ilə söhbət etmək heç də asan olmadı. Yazıq ana, bala dağından düm ağ ağarmış saçlarını yuxarı toplayaraq, dedi: – Bilirəm, şəhidlərin məkanı cənnətdir. Ancaq biz analar cəhənnəm həyatı yaşayırıq. Balasından ayrı düşən anaların yuxusu ərşə çəkilər, gözləri yollarda qalar, xəyallarında balası ilə danışar.
Sonra ana balasına yazdığı şeirləri dilə gətirərək fəryad etdi. Vüsalın anasına, atasına olan hörmətindən danışdı. Danışa-danışa zabitimizin ev muzeyinə keçdik. Ana nişanlı Vüsalın nişan üçün hazırladığı əl işini göstərərək: – Sizcə belə oğlu unutmaq olarmı…

Gülsüm Adilqızı

 

WhatsApp Image 2021-10-10 at 13.04.25

WhatsApp Image 2021-10-10 at 13.04.25 (1)

WhatsApp Image 2021-10-10 at 13.04.24 (2)

 

WhatsApp Image 2021-10-10 at 13.04.24 (1)

Yazıya 414 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.