Fikrət Qoca Vətənə qayıdıb

fikret-qoca--  Fikrət Qoca: “Müalicəm evdə davam edəcək”

“Özümü yaxşı hiss edirəm, narahatlıq yoxdur. Evdəyəm, hələ işə çıxa bilmirəm. Mənə görə narahat olan, zəng vurub səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm”.

Bunu APA-ya açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca deyib.

Onun sözlərinə görə, İstanbuldakı müalicəsi tam başa çatıb: “İndi müalicəm evdə davam edir. Həkimlər iynə-dərman yazıblar, bir müddət ev şəraitində müalicə alacağam, sonra həkimə təkrar müraciət edəcəyəm. Səhhətimdə ümumi zəiflik var, bir müddətdən sonra inanıram ki, o da çəkilib gedəcək, yenə əvvəlki kimi sağlam olacağam”.

F.Qoca əlavə edib ki, müayinə üçün yenidən İstanbula getməyəcək.

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün İstanbula aparıblar. 

    Yazıya (537) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.