İlaxır və ya torpaq çərşənbəsi

d1b7fed8d3c8

Novruz bayramı öncəsi qeyd edilən İlaxır çərşənbə – Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

Mifoloji sistemlərdə torpağın meydana gəlməsi ilə qarmaqarışıq xaos parçalanır, yuxarı və aşağı aləmlər yaranır, Ata Göyün (qədim türklərdə Göy tanrı) Ana Torpaqla (yunanlarda Heya, romalılarda Uran, türklərdə Etugen, yaxud Umay/Humay, atəşpərəstlərdə Armayt) müqəddəs nikahı baş tutur, bütün doğuşlar, törəmələr bu nikaha borcludur. Doğrudur, bəzən əksinə göstərilir. Məsələn, misirlilərə görə, Nut – göy anadır, Heb – yer isə atadır. Lakin hər iki halda müqəddəs nigahla kainatda həyat başlanır. Torpağın mənşəyi, yaranması ilə bağlı formalaşan təsəvvürlər də ziddiyyətlidir: ən primitiv inanclara görə, guya torpaq Yerlik, Ehe-Burhan kimi tanrılar tərəfindən dünya okeanından tutulur. Göyün yerdən ayrılmasına isə səbəb Şu (misir mənşəli külək allahıdır, övladları Nut-göyü Heb-Yerlə daim dalaşdığı üçün ayırır, o, dizini yerə qoymuş insan kimi təsvir edilir, bir əlini yuxarı qaldırıb Nut-göyü başının üstündə tutur) və Enlildir («lil» şumercə külək deməkdir, Enlilin dünyaya gəlməsi atası Yerin anası Ki – Göydən həmişəlik ayrılmasına səbəb olur). 

 

    Yazıya (691) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.