“Ulduz” jurnalında çap olunmağa həsrət qalmışıq

anarGənc Ədiblər Məktəbinin üzvü, gənc şair Anar Əlizadə AYB-nin “Ulduz” jurnalı haqqında açıqlama verib:

“Bu gün ədəbiyyat sahəsində kifayət qədər tanınan, oxunan mətbu orqanlardan biri də “ULDUZ” jurnalıdır. “Ulduz” jurnalında çap olunan gəncləri görəndə çox sevinirəm. Sevinirəm ona görə ki, bu gün gənclərə dəstək olmaq çox yaxşı və sevindirici bir haldır. Bu müsbət tərəfi. Babam həmişə mənə belə bir məsəl çəkərdi:

“Deyərdi ,sinənə taxdığın medalın görünən tərəfi olduğu kimi görünməyən tərəfi də var”

…Bu gün ədəbiyyatda yetərincə istedadlı gənclər var, bu danılmaz bir faktdır, amma bu istedadlı gənclər içində “Ulduz” jurnalında çap olunmağa həsrət qalanlar var. Sual çıxır, niyə? Nədən? Niyə bu istedadlı gənclər çap olunmur, daha geniş auditoriyaya ,daha böyük mühİtə tanınmır?…

Qeyd etdiyim gənclər sırasında çox istedadlı şairlər olan Sevil İşıq, Günay Nəriman Həsənli, Vüsal Yurdoğlu, Şəfaqət Cavanşirzadə, Gülnarə Israfil, Cahandar Aybər, Gülnarə Sadiq, Qafar İsmayılov və daha adını bilmədiklərim də var…Niyə cap olunmurlar?…”Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Ferqanə Mehdiyeva və daha başqa məsul şəxslər niyə bizləri çap etmirlər ?

Yazılarımız orda çap olunmağa layiq deyilmi?Orda dəfələrlə təkrarən çap olunan yazıların şahidi oluruq, olmazmı bir dəfə də o təkrarın yerinə bizim yazılardan verələr ?…

Əgər bizim yazilarimiz zəifdirsə niyə tədbirlərdə biz şeir oxuyanda həmin məsul şəxslər bəh-bəhlə alqışlayır və çox istedadlıdır deyir ? Əgər biz zəif yazırıqsa, əgər biz istedadlı deyiliksə, məhz bu səbəbdən bizi çap etmirlərsə niyə bizi görəndə bizə düzünü demirlər, niyə “yalançı” təsəlli verirlər? Niyə açıq şəkildə sizin yazılar zəifdir, istedadınız yoxdur demirlər?

Bunu da qeyd edim ki, yenə də çox sag olsunlar, Qulu Ağsəs də Fərqanə Mehdiyeva xanım da bizə deyiblər ki, şeirlərinizi göndərin çap edək, biz də göndərmişik, bəs. niyə çap olunmur? Şəxsən məndən 4 ay əvvəl şeir göndərməmi istəmişdilər. Həmin gün göndərdim, bəs niyə çap olunmamışam hələ də? Bu cümlədən də Sevil İşıq da hələ aylardı çap oluna bilmir…

Nə lüzum var ki, kiminsə o qədər də ciddi mahiyyəti olmayan bir müsahibəsini çap edələr axı,nə lüzum var ki, eyni imzaları dəfələrlə təkrar çap edələr, buna necə haqq qazandıraq ?

Bunun başqa bir yolu varsa deyin biz də elə edək.

Axı, bizə şeir göndərin deyib çap etməməyə nə ad verək ? Əziz böyüklərimiz ,əziz ziyalılarimiz, əziz gənclərə dəstək olanlarımız… Mən istəyirəm ki, bu gun ədəbi gəncliyə dəstək olan insanlardan nümunə gətirim bura Rəşad Məcid , Əsəd Cahangir kimi imzaları göstərmək olar…Onlar bizi oxuyur dəyər verir və dəstək olurlar.. Mən sadəcə demək isdəyirəm ki, əgər biz sizin dediyiniz kimi istedadlıyıqsa onda siz bizi çap etməyə hətta borclusuz, yox əgər dediyiniz kimi istedadlı deyiliksə onda bizə boş ümüdlər vəd etməyin.

 

Yazıya 663 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.