Ürəyim səndə qalıb

benovse

Bənövşə Mahmudqızı

 

“Ağlayan insan”

Anlar olur…

Xirtdəyəcən dolur

İnsan…

Anlar olur…

Baxışlarda dolur

İnsan…

Anlar olur…

Donur insan,

Yanır insan…

Anlar olur…

Ürək sınır,

Sızıldayır.

Bax bunların qarşısında

Sıxılıb bir kənara

Səsini uzaqlara

Çatdırmaqdansa

Bəzən mızıltıyla,

bəzən hıçqırtıyla

Ağlar insan.

Ya da sıxar,

Sıxar bütün ağrısını,

Boğazdakı o düyünə

O da düyünlənə-düyünlənə…

Nəfəs kəsər,

İnsan ölər,

Hələ yaşarkən,

Guya yaşarkən…

 

“Iyiki…”

 

Bazen yok bilinir,

Bazen hep silinir

Zahmetle yoğrulmuş sevda,

Bazen hiç bir şey yerini vermez

Sevda dolu kavganın,

Onca acının,

Onca anın

Kıymeti kalmaz,

Anılar avutmaz

Acılar eder sarhoş

Ellerin kadar bomboş

Belki sigara bile içiyorsun da,

Ama aşk acısı

Ciyerlerini yakar

Kalbini yakar

Ruhunu kovar bedenden.

Ah bu lanet sevda

Ah bu kara sevda

Nerden tutuldum sana

Nerden kapıldım sana

Ve bazen diyorum da

İyiki kapıldım

Başkasıyla değil de

Seninle yıkıldım

Iyiki…

 

“Dilimdəki yalan”

Ürəyim səndə qalıb,

Ya da ki ağlım.

Az olmuyub

Bu eşqə

Çarəsiz ağladığım.

Sən vəfasız,

Mən vəfasız

Bu eşq sadiqliyi

Görəsən hardan alıb?

Gəldikcə dəmi

Misralarıma qonaq gəlirsən.

Sonra yenə gedirsən,

Bir daha gəlməyəcəkmiş kimi,

Ya da heç olmamış kimi.

Və bəzən

Möhtaclıq duyuram

Dostun,tanışın olacaq qədər

Dünüşünürəm;

Bir süfrədə çay içək,

Ya da 1az keflənək,

Dərdimizlə əylənək…

Nə dadlı bir əzabsan…

Şeirimdə gerçəyim,

Dilimdəki yalansan..

 

Getdim…

Sevgidə kim qaldı…

Kim getdi…

Fərqi varmı ki?

Ayrılan insanlar məğlubdur elə.

Arxama baxmadan nə olsun getdim…

Gözləyə-gözləyə getmə sözünü,

Ruhumun özünü

Mən qoyub getdim…

Arxamca görünən hər bir kölgəni,

O sanıb,

Axmağa dönüb də getdim…

O gün gördüm səni biz tərəflərdə

Mənimçün gəlmişdin bəlkə…

Bəlkə də sadəcə yolun düşmüşdü…

Əlində siqaret yenə, ey zalım!

Gözümə baxdın…

Gözümə baxdın…

Onu elə, elə sovurdun…

Əlində siqaret olmaq istədim,

Canına, qanına hopmaq istədim…

Sən getdiklərimin siyahısında,

Səndən gedənlərin qatarındayam…

Dayandım könlünün mən qapısında

Döydüm…

Döydüm…

Açmadın!

Gözləyə-gözləyə getmə sözünü,

Ruhumun özünü

Mən qoyub getdim…

 

 

Yazıya 821 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.