“Bəs ölkənə soxulan ermənini gül-çiçəkləmi qarşılamalısan?”

firuzErmənini öldürmək lazımdır, ya yox?
Hörmətli şairimiz Fikrət Qoca xəbər saytlarından birinə verdiyi müsahibədə deyir ki, “Heç vaxt erməni belə olsa, öldürə bilmərəm. Çünki mən həmişə sözlə həll etmişəm hər şeyi”.
Anlaşılandır. Dinc duran, yerində sakit oturan, sülh arzusu ilə yaşayan erməninin öldürülməsinə (əgər beləsi varsa) kim razı ola bilər?.. Bəs sənin evinə, kəndinə, şəhərinə, ölkənə soxulan ermənini gül-çiçəkləmi qarşılamalısan? Sözlə başa düşməyən ermənini sazlamı başa salmalısan? Qadınını diri-diri yandıran, uşağını əllərindən ağaca mismarlayıb dərisini soyan ermənini sözlə necə anladasan?
Heç kəs həqiqəti olduğu kimi kimi deyən erməninin (əgər beləsi varsa) öldürülməsini arzu etməz.
Məsələn, öz yazılarında obyektiv mövqedə dayanan, Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən və hazırda Stokholmda mühacirətdə yaşayan Vahe Avetiyan, Amerikada yaşayan, erməniləri vicdansız adlandıran yazıçı Armen Melikyan, “özlərininkilər” tərəfindən basqılara məruz qalan və buna görə  Azərbaycandan kömək uman  yazıçı Lyubik Çibuxçyan niyə cəzalandırılmalıdır ki?  Yaxud sözün düzünü deyən, mənsub olduğu millətin törətdiyi faciələrin mahiyyətini dərk edən, öz fikir və düşüncələri ilə haqqa xidmət edən ermənini kim öldürmək istər ki? Əksinə, belələrini ələ almaq, hətta şirnikləndirmək, mükafatlandırmaq da olar. Söhbət, bizim və bütün dünyanın başına bəla olan ermənidən gedir. Söhbət terror hədəsi ilə yaşayan, türkü əzəli və əbədi düşmən hesab edən, bəşəriyyətə təhlükə olan ermənidən gedir.
Əlbəttə, günahsız insanın ölümünü heç kəs istəməz. Təkcə ağlı çaşmış ermənilərdən başqa.
Firuz MUSTAFA,
yazıçı-filosof

Yazıya 532 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.