Ermənilər Talış kəndini belə tərk edir – Rus jurnalistinin reportajı

sekilQarabağda aprelin 1-dən 2-nə keçən gecə başlayan irimiqyaslı hərbi əməliyyatlarla bağlı bir çox xarici KİV-lərin reportyorları təmas xəttinə ezam olunublar. Qeyd etmək lazımdır ki, bu sahədə erməni tərəfi xüsusi fəallıq göstərdi və əsasən Rusiya KİV-lərinin çoxsaylı nümayəndələrinin bilavasitə təmas xəttinə baş çəkib düşməni təbliğ edən materiallar yaymasına nail oldular.

“Kommersant” qəzetinin reportyoru İlya Barabanov aprelin 5-də əldə Moskvada Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra təmas xəttinə yaxın Talış kəndinə baş çəkib. Kəndin ətrafındakı yüksəkliklər hazırda Azərbaycan ordusunun nəzarətindədir.

Müxbir yazır ki, aprelin 2-də Azərbaycan ordusunun bölmələri kəndə daxil olub, ancaq orada möhkəmlənə bilməyib və yaşayış məntəqəsini tərk edərək ətraf yüksəkliklərdə mövqe tutub.

 

Both #Armenia/#Karabakh and #Azerbaijan using this ceasefire to regroup and reposition… Both readying for round 2 pic.twitter.com/ctxGNT1hLJ

— Murad Gazdiev (@MuradoRT) 6 апреля 2016 г.

 

 

“Talış kəndi hərbi əməliyyatlar gedəndə hər gün atəşə tutulan Mardakert şəhərinin 30 kilometrliyindədir. Biz Talış tərəfə gedəndə yol boyu arxa cəbhə istiqamətində hərəkət edən tanklar və yük maşınlarını müşahidə edirdik. Kəndin sakinləri isə əldə edilən atəşkəsdən və sakitlikdən istifadə edərək əşyalarını çıxarır. Talış kəndinin çıxışında yanmış maşın gözə dəyir. “Dünəndən etibarən atmırlar”-deyə kəndin kənarındakı mövqedə növbə çəkən erməni əsgər deyir”-rusiyalı jurnalist yazır.

Talış kəndini tərk edən ermənilər deyirlər ki, kəndə əşyalarını çıxarmağa qayıdıblar. “Bütün əmlakımızı Stepanakertə daşıyırıq, çünki indi atəşkəs elan edilsə də kim bilir nə qədər çəkəcək”. Ermənilərdən biri deyir. Kənd administrasiyasının rəhbəri Vilen Petrosyan bildirir ki, döyüş əməliyyatları başlayana qədər kənddə 570 sakin var idi, indi 50-yə yaxını qalıb. Onlar da əşyalarını çıxarmaq üçün qayıdıblar.

Petrosyan deyir ki, aprelin 5-i səhər saatlarından artilleriya susub. Ancaq bu vaxt dağlardan yenə top atəşi eşidilir, ardınca pulemyot işə düşür. Erməni hərbçilər tələsik bir yerə cəmləşir və rusiyalı jurnalistə deyir ki, kəndi tərk etmək lazımdır…

Qeyd edək ki, düşmən ölkə KİV-ləri hərbi əməliyyatlar başlayandan bəri işğal altındakı ərazilərdə qanunsuz məksunlaşmış 3 mindən çox erməninin qaçdığını, onların bir qisminin Xankəndinə yerləşdiyini, qalanların isə orada da duruş gətirməyib İrəvana üz tutduğunu yazır. Başqa sözlə, bu döyüş əməliyyatlarının daha bir nəticəsi bu oldu ki, ermənilər heç vaxt onlara məxsus olmayan torpaqlarda, didərgin saldıqları azərbaycanlıların evlərində yaşamağın heç də təhlükəsiz olmadığını dərk etdilər… (Aktual.az)

Yazıya 615 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.