Firuz Mustafanın “Müqəvva” pyesi İstanbulda

firuzTürkiyənin İstanbul şəhərində yerləşən “Oda” teatrında yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva” pyesinin məşqlərinə başlanılıb.
Qeyd edək ki, monodram janrında yazılmış həmin əsər indiyəcən ölkəmizin bir çox teatrlarında öz uğurlu səhnə həyatını yaşayıb.
Qardaş Türkiyədə əsəri Kəmalə Kamalqızı (Nəbibəyova) hazırlayır. O, tamaşanın rejissoru və baş rolun ifaçısıdır. Kamalqızı Turan teleteatrinin rəhbəri, habelə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Barış Tv-də “A-dan Z-yə” verilişinin aparıcısıdır.
Arayış üçün qeyd edək ki, “Oda” teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer, Beste Hoşses kimi tanınmış sənətkarlar fəaliyyət göstərir. Teatrın həyatında maraqlı bir fakt da diqqəti çəkir: “Oda” 48 saat ərzində oyun nümayiş etdirərək səhnədə qalan və bu cəhətinə görə dünya  rekorduna  sahib olan bir teatrdır.
Yeri gəlmişkən, onu da bildirmək istəyirik ki, bu günlərdə  Firuz Mustafanın “Neytral zona” adlı pyesi Dərbənddə yerləşən Azərbaycan Dövlət Dram Teatrında öz səhnə həllini tapıb.

Yazıya 451 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.