X-XI əsrlərdə yaşamış böyük Şərq alimi, tacik əsilli filosof, təbib İbn Sinanın yazdığı dəyərli tibbi kitablar uzun əsrlər Avropa alimlərinin stolüstü kitabı oldu. Hətta bu gün də böyük Şərq müdrikinin qeyri-adi metodları alimlər tərəfindən heyrətlə qarşılanır.
Moderator.az bu gün də tətbiqi fayda verəcək həmin metodlardan bir neçəsini təqdim edir:
Baş ağrıdısa qan al- Böyük alim həcaməti, yəni bədəndən pis, qara, çirkin qanların xaric edilməsini, el arasında deyildiyi kimi qan aldırmağı baş ağrısının ən yaxşı dərmanlarından biri kimi göstərir: “Atəşli baş ağrıları qandan gəlir. Üz qızarması, damarların yığılması, nəbzin sürətli vurması baş ağrılarının əsas əlamətləridir. Bu zaman qan verməklə yanaşı yumurta sarısı, armud və sirkənin qəbulu çox faydalıdır”.
Eşq acısı çəkənləri hamama aparın- uğursuz sevgidən sonra insanın üzləşəcəyi kəskin depressiyanın dərmanını İbn Sina hələ X əsrdə vermişdi. O, eşq acısı çəkən, sayıqlayan, yuxusu ərşə şəkilən şəxsi müəyyən müddətdə hər gün hamama aparılmasını və bənövşə yağından istifadəni məsləhət görür. Çünki dəri nəmləşdirkcə insan nisbətən rahatlanır və o üzləşdiyi gərgin depressiyadan azacıq da olsa xilas olur.
Astma xəstəliyi üçün bal- “Həkimlərin Piri” astma haqqında bu şəfalı bitkiləri təklif edir: “Bir kimsə hərəkət zamanı nəfəs darlığı, ağırlaşma və sinəsində ağırlıq hiss edirsə ona zəncəfil, ada soğanı, sarı əncir, qabıqsız badam və bal ilə yanaşı verilərək içirtmək lazımdır. Qoz yağı ilə birlikdə noxud suyu, şüyüd yedirilir və isti su içirilsə fayda verər”.
Yazıya 643 dəfə baxılıb