Bu gün Azərbaycan Yazıçılar Birliyində tanınmış yazıçı Seyran Səxavətin 70 illik yubileyi qeyd olunub.
Moderator.az xəbər verir ki, bir çox ölkə ziyalılarının, ədəbiyyat, mədəniyyət nümayəndələrinin, eləcə də ictimai xadimlərin cəm olduğu yubileydə bir çox maraqlı məqamlar yaşanıb. Şuşadan, doğma evlərindən, ailəsindən danışan xalq artisti Flora Kərimova hislərinə hakim ola bilməyib. Mərhum anasını xatırlaması isə məclisdəkiləri daha da kövrəldib.
Xalq artisti Fuad Poladovun qısa olsa da özünəməxsus çıxışı isə tədbirə əlavə rəng qatıb:
“Seyran Səxavətlə 20 il eyni binada yaşamışammış. Sən demə, mən 20 il cənnətdə yaşamışammış. Seyran köçüb gedəndən sonra o binanın qədrini bilməyə başladım. Bizdə kimdən necə olduğunu soruşanda belə cavab verər: “Buna da şükür”. Mən Seyran Səxavətin 50 illik yubileyində də, 60 illik yubileyində də olmuşam. İndi də 70 illik yubileyində iştirak edirəm. Deyirəm ki, buna da şükür. Seyran, sənin 75 illik yubileyin olanda mənim 73 yaşım olacaq. Arzu edirəm ki, gəlim orada iştirak edim və yenə də deyim ki, buna da şükür”.
Yazıya 492 dəfə baxılıb