Dünyanın payızı gəlib
Çözülməyən ehtiyaclar
Pozulmayan yazı gəlib
Buludlar ağlasa nə var
Adamlar ağlayır elə
Utancından ölüb bahar
Hər yana qar yağır elə
Adamlar… yazıq adamlar
Sizi kimi öldürüb belə
Nəfsin etdiyi edamlar
Başınızı kəsir hələ?
Allahmı belə istəyib,
Allahmı deyib vuruşun
Kimsə şər atıb Allaha
Gedin özündən soruşun
Deyin öldürək, ya sevək?
Danışının Onunla biraz.
Ölümlə sevgi haqqında
Ondan yaxşı bilən olmaz
Gözünüzü açın biraz
Bağlamayın çıxışları
Qapamyın girişləri
Küsdürməyin yağışları
Bağışlayın günahları
Göylərin də da xoşu gələr
Sevə bilsəz insanları
Allah sizə qonşu gələr
Yazıya 727 dəfə baxılıb