Şirvanşahlar dövrünə aid abidə baxımsız və dağılmış vəziyyətdədir

şırvanşahlar sarayıBakıda Şirvanşahlar dövrünə aid karvansaray baxımsız və dağılmış vəziyyətdədi. Bizimyol.info-ya açıqlama verən tədqiqatçı Faiq Nəsibov bildirib ki, baxımsızlıqdan abidənin bir hissəsi uçub dağılıb: “Bu abidənin eni 5 metr, uzunluğu təxminən 15 metrdi. Abidənin içində və çölündə heyvanların bağlanması üçün daşdan yonulmuş dəliklər var. Şamaxı-Bakı karvan yolunun üstündə inşa olunan bu karvansarayda dincəliblər və qalıblar. Hazırda abidənin bir hissəsi dağılmış vəziyətdədi”. Tədqiqatçı tarixi abidələrin qorunub saxlanmasının vacib olduğunu vurğulayıb.

Ramid İbrahimov

Yazıya 389 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.