Şair Faiq Balabəylinin “Yağışdan sonra” adlı yeni şeirlər kitabı işıq üzü görüb

photo_2742“Qanun” Nəşriyyatı tərəfindən çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Qızıl qələm” media mükafatı laureatı, şair Faiq Balabəylinin “Yağışdan sonra” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı, şairə, publisist, tərcüməçi Afaq Şıxlı, ön sözün müəllifi Xalq şairi Sabir Rüstəmxanlıdır.

Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb. Kitab müəllifin oxucuları ilə sayca yeddinci görüşüdür. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə şair Faiq Balabəylinin “Eh ayrılıq, nə yamansan”, “Kəsilməyən həyacan fiti”,  “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra” şeirləri kitabı nəşr olunmuşdu.

 

Kamran MURQUZOV,

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

Mətbuat xidmətinin rəhbəri,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 

Yazıya 504 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.