Sən məni yaşayan xatirələrdə,
Sən məni sağ qalan şəkillərdə sev…
Boylan ürəyimin pəncərəsindən,
Ömrü küçə-küçə çək illərdən…sev !
Saxla qar içində şəkillərimi,
Adını “darıxmaq” sərgisi elə.
Adımı dilinin ucunda unut,
Qəfil unudulanlar cərgəsi ilə…
Hardasan, gecikdin, ömür tələsir,
Axşamdan sabaha ümid bir udum.
Səni doya -doya içimə çəkdim,
Səni şəkillərlə necə unudum?!!!
16.12.2018.
Yazıya 1057 dəfə baxılıb