Şəhidlər Xiyabanını ziyarət etməyə mənəvi haqqımız yoxdur!

45654740_502024200280515_2866905453357432832_n“Şəhidlər Xiyabanını ziyarət etməyə mənəvi haqqımız yoxdur!”      Bu sözləri əslən Kəlbəcər rayonu Mollabayramlı kəndindən olan, hüquq müdafiəçisi (Vəkil) Əziz Qənbərov saytımıza müsahibəsində bildirdi. O, üç gün əvvəl yuxusunda öz doğma kəndində olduğunu söylədi:  “hətta yuxuda olduğum halda şükr edərək öz-özümə sevinirdim ki, nə yaxşı yuxu deyil, mən kəndimizdəyəm. Lakin bu bir neçə saniyəlik və yaxud dəqiqəlik sevinc dolu yuxu da ötəri imiş… Ayıldım və beyninə belə bir bədahətən bənd gəldi.

İllərdir yuxuma gəlirsən Vətən!
Bizdə Səndə olan sədaqət də yox!.
Qeyrəti, namusu, arı itirdik.
Qeyrətli olmağa cəsarət də yox!

İnsan ümid ilə yaşayır! Hətta Kəlbəcər işğal olunan zaman 84 yaşlı babam da ağır xəstə olmağına baxmayaraq Kəlbəcərdə dəfn olunacağına ümid edirdi. Lakin 1997-ci ildə babam öldü və həmin müddətdən 22 il əlavə vaxt keçdi. Torpaqlarımızın hələ də işğalda qalmasının əsas səbəbi və günahkarı mən hesab edirəm ki, yalnız özümüzük. Biz özümüzü Torpağın namus, qeyrət, ar olduğuna inandırmayanacan və bunun üçün sözdə yox əməldə iş görməyənəcən biz o torpaqları qaytara bilməyəcəyik. Mən Kəlbəcərdən çıxandan 11 yaşım var idi. Hazırda isə 36-dır. Ömrümün 11 ilini Kəlbəcərdə, 25 ilini isə Kəlbəcərsiz keçirsəm də bu gün mənim ürəyimdə olan Kəlbəcər həsrəti daha, daha çoxdur. Hər il Kəlbəcərin işğal günü Şəhidlər Xiyabanını ziyarət edirik. Artıq bu ziyarəti mən hesab edirəm ki, 27 il apardıq bəsdir. Artıq torpaqlarımızı ziyarət etməyin vaxtıdır. Mən hətta Şəhidlər Xiyabanını ziyarət etməyə mənəvi haqqımızın olmadığını düşünürəm. Çünki Şəhidlər Şiyabanında uyuyan əzizlərimiz torpaq uğrunda şəhid olublar. Biz isə hər il üzü qara Şəhidlərin ziyarətinə gedirik. Axı nə haqla. Həmin torpaq uğrunda Şəhid olmuşlar bizi bağışlamaz. Biz isə hələ də ATƏT, NATO, BMT və s təşkilatların nağıllarına qulaq asırıq”.

Yazıya 777 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.