Daha istəmirəm sevmək, daha istəmirəm inanmaq
Dəyərsiz bir pul kimi xərclənmək.
Daha istəmirəm aldanmaq, daha istəmirəm
ayrılıq,
Göz yaşları axıtmaq,dönməyəcəyni bilə-bilə
yollara baxmaq.
Tənhalığın qoynunda, xatirələrə sarılmaq.
Saçlarını öpən dodağımla havadan asılı qalmaq
Səni qucaqlayarkən, özüm- özümə sarılmaq.
Mənim olmayan səni qısqanmaq,
İçimdə doğranmaq, içimdə yanmaq.
Sənsiz olan ömrümü xəyalınla yaşamaq.
Daha istəmirəm heç bir şey xatırlamaq.
Istəyirəm unutmaq, unutmaq, unutmaq.
Lazımsa bunun üçün lap cəhənnəmdə yanmaq.
Səni sevən günahkar ürəyimdən asılmaq.
.
ALDANMA
Aldanma bu şəhərə,
Bu şəhərin qara uzun gecələri,
Hiylə quran döngələri, küçələri var.
Yol azdıran cığırları, izləri var.
Qazancı evinə yetməyən kişiləri,
Kimsəsiz çocuqları, dilənən qocaları var.
Əzilən insanları, əzən güclüləri var.
Ziyalı sözünə bürünənləri, daha nələri, nələri
Bu şəhərin kirlənmiş üstü,
Bu şəhərin yağmura ehtiyacı var..
.
ÖLSƏM BU SEVGİNLƏ
MƏNİ UĞURLA
Elə bəxtəvərəm məhəbbətinlə,
Bəzən də qorxudur bu sevgin məni.
Hərdən dəniz kimi o, təlatümlü,
Bəzən də susqundur gözləri, nəmli.
Axtar yer üzünü bənzəri yoxdur,
Həm dərin, həm məsum ülvi bu hisslər.
Süzülüb bir nurdan qəlbimə axdı,
Rəngli röyadır şirin və gözəl.
Sonsuz yaşayacaq sevgim canımda,
Bunu anlayıram mən varlığımla.
O qədər xoşbəxtəm hər bir anında,
Ölsəm bu sevgimlə məni uğurla.
.
KÖLƏLƏR ARASINDA İTMƏK
ÜZRƏDİR İNSANLIQ
Hər kəsin icində qaranliq, sabaha inamsızlıq,
Yaşamaq ölməkdən çətin.
Tərəddüdlər şübhələr ürəklərdə qorxu.
Qorxular içində əsarət.
Öldürülən balasını ağlaya bilməyən analar,
Göz yaşlarına qoyulan qadağalar.
Bir tikə çörək xatirinə,vicdanına sus deyən atalar,
Dost – qardaş demədən bir-birini satanlar.
Adamlar mərhəmətsiz, zaman amansız.
İnsanlar qərarsız,sabaha inamsızlıq,
Nəfslərlə çarpışan ruhlar.
Artıq zaman yetişmiş,
Ya haqqa doğru getmək, bu yolda ölmək
Ya şeytana əyilmək, sonra üz üstə düşmək.
Zillət boydan yuxarı dözüldükcə dözülür,
Güclülərin at oynadır, zəiflər əzilir.
Yaşanan uğursuzluqlar intihara sürükləyir.
Bir gecəlik sevgilər, zənginliyə ərə gedənlər,
vəzifəyə evlənənlər
Bütün ruhumla inandığın hər şey gözlərimdən
yıxılır.
Kölələr arasında itmək üzrədir insanlıq.
Həqiqətə gədən yol, zindan və qaranlıq.
Susdurulmuş vicdanlar sahibləriylə üz-üzə,
Qərar ver, ya boyun əy, dünyanı zəbt etmiş
iblislərə,
Ya kömək et, haqqı qurtarmaq istəyən mələklərə.
.
İNSANLIQ
Həqiqət yalanla vuruşur, həyat olümlə
Sevinc əzabla çarpışır, şeytan mələklə.
Ruhsuz bədənlər yaşayır, bədənsiz ruhlar azmış
dolaşır.
Vicdan nəfslə döyüşür, ləyaqətsizlər öyünür.
Simasız adamlar şərəfdən danışır.
İtirilmiş simalar, yerlərdə bulaşır.
Dünyanın yoxuşunda, sarsılmaq üzrədir insanlıq.
Haqqla nahaqq arasında doğulmaqdadır insanlıq.
.
ATAM
Atam torpağın qanla suvarıldığı qırxıncı illərdə
dünyaya gəlib.
Körpəlikdən yetimliyi dadıb
Ana qucağında nazlanmayıb, ata qanadına
sığınmayıb
Müharibənin acılarını canında əridə – əridə
böyüyüb.
Uşaqlığı aclıq illərindən keçib,
bəlkə də buna görə buğda bitirən torpağı daha
çox sevib.
Ömrü əkin -biçində keçib.
Soyuq sərt küləklərdən saçları codlaşıb
bəyazlaşıb.
Günəşdən ayazdan yanıb qaralmış üzündən nur
əskik olmayıb.
Gözlərində, qəlbindən süzülüb gələn övlad
sevgisi,
Ürəyində hələ qadını üçün, fədakarlıq edə biləcək
güc var.
İllər əyməyə çalışdığı qamətini, hələ də düz
saxlamağa çalışan əzəmətdir – atam.
Alnındakı çat – çat olmuş qırışlardan
süzülüb gələn.
tər damcıları, göyərdikcə torpaqdakı hər toxumu,
Bütün varlığı ilə hiss edər yaşadığını.
Doya –doya canına çəkər bu dadı.
Bərəkət qoxuyar əllərinin qabarı.
Torpaq qoxulu atam,
Torpaq adamıdır,torpaq adamı.
.
PAYIZ
Payız mənə bənzəyir,
Payız da mənim kimi,
Sevgidən yarımayıb.
Havada fırlanıb düşən yarpaqlar
Sevgimin saralan səhifələri tək.
Payıza yağan soyuq yağışlar,
Gözümdən süzülən kədərli yaşlar.
Sərsəri çarəsiz çırpınan külək,
Yorğun qəlbimin çırpıntıları.
Yazıya 617 dəfə baxılıb