“Seçmə sevgi şeirləri” adlı poeziya antologiyası işıq üzü görüb

sss“Kitab Klubu” nəşriyyatı tərəfindən “Seçmə sevgi şeirləri” adlı poeziya antologiyası 408 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

 

Kitabın tərtibçisi Sevinc Rzayeva, redaktoru Cavidan Baloğlanov, korrektor Gülnaz Məmmədli, tərtibatı isə Elçin Hüseynova məxsusdur.

 

Poeziya antologiyasına çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, dəst-xətti ilə seçilən orta və yaşlı nümayəndələrinin müxtəlif illərdə qələmə aldıqları sevgi şeirləri toplanıb.

 

Bu kitab Hamlet İsaxanlının “Azərbaycan Sevgi Poeziyası” çoxcildli kitabı əsasında nəşrə hazırlanıb.

 

Xatırladaq ki, “Seçmə sevgi şeirləri” adlı poeziya antologiyasının ilk nəşri 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən yayınlanmışdı.

 

Kamran MURQUZOV,

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

Mətbuat xidmətinin rəhbəri,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 

 

Yazıya 453 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.