Fəxrimiz Sənan Dünyamalıyevin müsbət tərəfləri – Yeganə Əliyeva

69841807_2885275508166396_5216382572929482752_nVarlığı bir şey qazandırmayan insanların yoxluğu heç bir şey hiss etdirməz. Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılıdır. Varlığı ilə Azərbaycanımıza günəş kimi doğan gənclərimiz çoxdur. Hansı ki, onlar bu həyata sadəcə əylənmək üçün deyil, öyrənmək, yiyələndiyi sahə üzrə Vətəninə xidmət etmək üçün gəldiklərini dərk edirlər. Həmin gənclərdən biri də Sənan Dünyamalıyevdir. O, öz missiyasını idman sahəsi üzrə yerinə yetirir. Bu məqaləmizdə Sənanın daxili aləminə syahət etmək qərarına gəldik. İdmanın Kikboksing, Universal və Uşu-Sanda hazırda isə ”MMA” döyüş növü ilə fəaliyətini davam edən fəxrimiz, eyni zamanda da gözəl insan, layiqli övlad, sadiq dost və layiqli vətəndaş Sənan Dünyamalıyev “Sadəlik mənəvi gözəlliyin başlıca şərtidir” şüarı ilə yaşamağı özünə doğru yol olaraq seçmişdir. Məhz bu xüsusiyyətinə görə o, hər zaman öz dostları və doğmaları arasında rəğbət qazanmışdır. Başqalarının xoşbəxtliyini düşünənlər nəticədə öz xoşbəxtliyini tapır. İnsan yalnız öz mənafeyini qabardaraq yaşamamalıdır. Varlığı bir şey qazandırmayan insanların yoxluğu heç bir şey hiss etdirməz. Məhz bu baxımdan qeyd edə bilərik ki, bir çox müsbət keyfiyyətləri özündə cəmləşdirən Sənan Dünyamalıyevin həyat sevincini artıran, onun dostcanlı olması və daima ətrafındakı insanları düşünməsidir. Dostluq insan sevincini artırır, dərdini isə yarıya bölür. Bunu göz önünə alsaq əminliklə deyə bilərik ki, insan xoşbəxt olmaq istəyərsə onu mütləq əldə edər.
Əslən Qərbi Azərbaycandan olan Sənan Dünyamalıyevin həyatına nəzər salanda onun müsbət keyfiyyətli valideynlər tərəfindən yetişdirildiyi və özündən böyük qardaşı Hacı Kənan Dünyamalıyevin yeniyetmə çağlarından ona dəstək olması aydın hiss olunur. Hər bir valideyin öz övladına gözəl tərbiyədən daha qiymətli hədiyyə verə bilməz. Bunu əminliklə deyə bilərik ki, Sənan o hədiyyəni layiqincə qoruyub saxlayanlardandır.

Biz insanlar həyata gəldiyimiz andan,ömrümüzün son gününə kimi mübarizə vəziyyətində oluruq. Həyatda yaşanan bütün duyğular biz insanlar üçün nəzərdə tutulmuşdur. Yaşadığımız həyat sanki bir qutuya bənzəyir. O qutuda kədər, sevinc, nifrət, xəyanət, uğur, uğursuzluq, məyusluq və s.., vardır. Onların hər birinə hazır olmalıyıq. Nəyisə əldə etmək asandır, lakin onu qoruyub saxlamaq çox çətindir. Sənan Dünyamalıyevin bugünkü uğuru bilavasitə onun sevdiyi işlə məşğul olmasıdır. Dahilərdən birinin dediyi kimi “Bizə xoş gələn iş istənilən dərdi sağaldar”. Məhz gördüyü işləri layiqincə yerinə yetirdiyi üçün hər zaman başı ucada olan Sənanın, ”Sağlam yaşamaq üçün sağlam düşüncə gərəkdir” fikri özünü təsdiq edir.
Sənan Dünyamalıyevin verdiyi müsahibələrin birində etdiyi səhvlərdən nəticə çıxararaq həyata davam etməsindən bəhs olunurdu. Düşünürəm ki, bu bir insan üçün əsl xoşbəxtlikdir. Çünki hər birimiz sahib olduğumuz peşədən öncə bir insanıq. Həyat çox sınaqlardan keçirir bizləri. Çox imtahan olunuruq. Səhvli, düzlü həyatımızda etdiyimiz hər bir şeyin nəticəsini də özümüz yaşayırıq. Sevincin kədəri, kədərin sevinci əvəz etdiyi bu dünyada səhvlərimizdən nəticə çıxara biləriksə, yalnız o zaman bir mövqe tuta bilərik. Səbr sevincin açarıdır deyib böyüklərimiz. Böyük ehtimaldır ki, Sənan Dünyamalıyev də bugünkü mövqeyinə çatmaq üçün bir çox çətinliklərdən keçərək, səbr və əzm nümayiş etdirmişdir. Onun ruhundakı vətənpərvərlik, ölkəsinə, millətinə bağlılıq hissi hər mübarizədən sonra başı üstünə fəxrlə qaldırdığı üçrəngli bayrağımızda belə hiss olunur. Vətənimizin bir qışını qürbətin yüz baharından üstün tutan fəxrimiz bütün müsahibələrində Vətəninə, xalqına sadiq qalacağına dair söz vermişdir. Biz ilk öncə bir azərbaycanlı gəncinə, vətənimizin təmsilçisi olan Sənan Dünyamalıyevə sağlam bədəndə sağlam ruh olar prinsipindən yanaşaraq ona sağlamlıq və fəaliyyətində uğurlar arzu edirik.

.

senan

 

 

 

 

 

 

 

 

 

 

.

70773666_668073227009793_9123046394003718144_n

 

 

 

 

 

 

 

 

 

 

.

69923269_458203488106756_5937253152360235008_n

 

 

 

 

 

 

 

 

 

.

Psixoloq:
Yeganə ƏLİYEVA

Yazıya 785 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.