Açılır sabahım üzü sən tərəf,
Gözlərin göyüzüm, üzün günəşim.
Ən böyük xəyalım elə sən idin,
Tanrıya mən ayrı nəyi gənəşim?!
Qızılı payıza çökən sarılıq,
Saçının yayılan şəfəqləridi.
Bircə yol gözünü süzdürüb baxdın,
Minillik günəşdə şəfəq əridi.
Könlümün göylərlə EŞQ iltifatı,
Axşam namazısan, sübh azanısan.
Mələklər içində yerin başqadı,
Tale yazanların düz yazanısan.
Dörd fəsil təcəlla gül cəmalında,
Sarısı saçların, yaşılı gözün.
Xarlamış dağ qarı sanki vücudun,
Xoşbəxt bir sevginin yayıdır üzün.
15.09.2019.
Yazıya 911 dəfə baxılıb