Elvin Ramizoğlu – “Mene mektub yazmısan” (şeirlər)

elvinƏtri başqa
 
Hər yarın, hər gözəlin
Hər qızın, ətri başqa.
Kim deyir ayrılıqdı?
Payızın, ətri başqa.
.
Nəfəs bilmişəm səni,
Ay ömrümün düşməni.
Yaz ki, “sevirsən məni”,
Kağızın, ətri başqa.
.
Xoşbəxtlik olmur sözlə,
Gözlə, yolumu gözlə.
Tənhayam, gəl əzizlə,
Yalqızın, ətri başqa.
***
Analar gününüz mübarek!
.
Axi niye dogdun meni,
Betninde xosbextdim, ana.
Ag beleye bukdun, ancaq
Qara geldi bextim, ana.
.
Cavanligin mene qurban,
Gozelliyin getdi, heyf.
Mende seni dogrultmadim,
Arzularin bitdi, heyf.
.
Ne bilesen tale budu,
Ne bilesen qismet nedi.
Omur qisa, rahatliq yox,
Dunya ozu mengenedi.
.
Her gun atam mene gore,
Sene soz deyir elemi?
Boyutduyun ogul budu?
Ozun doz, deyir elemi?
.
Atama de qargadiqca,
Od alova atir meni.
Oz eliyle cennetimden,
Cehenneme satir meni.
.
Oglum, qizim seher axsam,
Sizi axtarir-axtarir.
Ev kiraye, qapisindan
Gozu axtarir-axtarir.
.
Axi niye dogdun meni,
Betninde xosbextdim, ana.
Ag beleye bukdun, ancaq
Qara geldi bextim, ana!
***
Mene mektub yazmısan!
.
Mene mektub yazmısan,
Gözü yaşlı şeherden.
Herflerin heresin,
Yığıram bir terefden.
.
Mene mektub yazmısan,
O, illerin çağından.
Sen niye yan keçmisen
Ayrılığın dağından.
.
Mene mektub yazmısan,
Özünden danışmısan.
Qızının ağlığından,
Gözünden danışmısan.
.
Her teref iş yeridir,
Müsteqillik filan zad.
Sevgimizden yazardın,
Neye lazım yalan zad.
.
Deyesen soyuqluğum,
Üreyini üşüdüb.
Menli arzularını,
Dileyini üşüdüb.
.
Bağışlamaq böyüklük,
Deyirsen ehv eyleyim.
Bir ürek sındırmısan,
Yeniden sehv eyleyim.
12.12.2018
***
Satırsan yenə
.
Ay gələcəkli oğlan,
Qutab satırsan yenə.
Neftini boru tutmur,
Corab satırsan yenə.
.
Əl uzatma allaha,
O da girməz günaha.
Çörək kitabdan baha,
Kitab satırsan yenə.
.
Əl isinməz közünə,
Barmaq girir gözünə.
Sən özündən özünə,
Əzab satırsan yenə.
21.01.2018
***
Bircə məni bağışla…
.
Bircə məni bağışla,
Bağışla ki, gedirəm.
Mən küləyi neynirəm,
Yağışla ki, gedirəm.
.
Bir sualla bağışla,
Hər yan dindi, allahdı?
Mən intihar eyləsəm,
Bunun nəyi günahdı?
.
Bir qatar qabağına,
Atılıb ölmək gözəl.
Bir qızın yuxusunda,
Ürəkdən gülmək gözəl.
.
Bircə məni bağışla,
Sənə mesaj yazmadım.
Sən ölüdən qorxurdun,
Məndə əhdi pozmadım.
.
Bircə məni bağışla,
Bağışla ki, gedirəm.
Mən küləyi neynirəm,
Yağışla ki, gedirəm.

Yazıya 721 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.