“En Tanıdık Yabancı” – Yeni kitab…

FB_IMG_15712280492852016-cı ildə Azərbaycanda nəşr olunmuş “Günəşin Düşmədiyi Odalar” kitabından sonra azərbaycanlı yazar Aysel Ateş Abdullazadənin Türkiyə türkcəsində qələmə aldığı “En Tanıdık Yabancı” adlı ikinci kitabı çıxıb.

Yazarın ilk kitabı şeirlər toplusu olsa da, bu kitabında nəsrə qayıdaraq gözəl bir roman ortaya çıxarıb. Yazar kitabını bu şəkildə özətləyib:

“Yeni və ikinci kitabım olan “En Tanıdık Yabancı”nı 18 yaş üstü hər kəsin özünə bir şeylər qatacağını və özündən bir şeylər atacağını düşünərək qələmə aldım. Yaşanmış, gerçək bir həyat hekayəsi ilə bəzən həyatın, bəzən qadın olmağın çətinliyini yaşayacaq, bir tərəfdən də tənha ana olmağın və ata olmağı bacarmamağın övladlarınız üzərindəki təsirini görəcəksiniz”

Romanda sadə danışıq dilinin düşüncə dilinə təsiri əks olunub. Düşüncələr poetik, axıcı, səmimi bir üslubda verilib. Yazarın zehninde büllurlaşmış düşüncələrin dilə gətirilməsinə şahidlik edəcəyik. Yaşanmış bir həyat hekayəsinin içində özünüzü tapa biləcək, səhifələrə toxunduqca bilmədiyiniz bir həyatın içində azmadan ayaqda durmağı öyrənəcəksiniz.
Hadisələrin Türkiyənin Antalya şəhərində cərəyanını, Aralıq dənizinin (Akdeniz) bir qızın həyatına və yaşadıqlarına şahid olmağını oxuyarkən emosional hisslər keçirəcəksiniz.

“En Tanıdık Yabancı” Ankarada və ABŞ-da ədəbiyyata xidmət göstərən GECƏ AKADEMİ nəşriyyatının ortaq quruluşu olan Tropikal Kitab tərəfindən çap olunub. Kitabın quruluşcu direktoru Arzu Betül Çuhacıoğlu, redaktoru isə Serpil Topaldır.

Türkiyənin Antalya şəhərində yaşayan Aysel Ateş bir sıra ədəbiyat dərgiləri ilə əməkdaşlıq etməklə yanaşı, tərcümə işləri ilə də məşğul olur. Şeir və məqalələri Türkiyə ədəbiyyat, kültür və sənət ortamında yayımlanmaqdadır. Hatay- Antakyada çıxan “Mavi” ədəbiyyat dərgisinin daimi yazarı olan Aysel Ateş müxtəlif mövzular üzərində araşdırmalarının nəticəsinin topluma təsir etməsi, fərdlərin zehniyyətinin dəyişməsi yolunda çalışır. Yazar ən yaxın zamanda Antalyada və Türkiyənin digər şəhərlərində ədəbiyyat gecələrinə və kitab festivallarına qatılaraq oxucuları ilə görüşməyə hazırlaşır.

“En Tanıdık Yabancı” bütün Türkiyədə kitab satış nötələrində və həmçinin Türkiyənin böyük onlayn kitab mağazaları olan D&R, idefix, kitapyurdu.com, emekkitap, amazon saytlarında satışdadır.

 

Yazıya 492 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.