Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürdüyü dairəni açıqlayıb.
kultur.az xəbər verir ki, Sabir Rüstəmxanlı 61 saylı Neftçala seçki dairəsindən deputat olmaq qərarına gəlib.
Sabir Rüstəmxanlının VHP Mərkəzi Seçki Qərargahının Neftçala seçki bürosu yaradılıb. Seçki qərargahı dünəndən fəaliyyətə başlayıb. Yaxın günlərdə isə imza toplama kampaniyasına başlanılacaq.
Yazıya 450 dəfə baxılıb