Gənc yazar Əyyub Məmmədovun şeiri Türkiyədə dərc olunub

dergi fotoJurnalist, publisist, şair Əyyub Məmmədovun “Apar məni doxsanlara” adlı şeiri Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən məşhur “Kardelen” dərgisinin ( http://kardelendergisi.com/yazi.php?yazi=2856) 103-cü sayında çap olunub. Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində türk xalqlarının şair və yazıçılarının qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Kardelen” dərgisi “Fikrin dəyərini bilənlərə…” devizi ilə üç aydan bir nəşr olunur.

Jurnalist, şair Əyyub Məmmədovun adı çəkilən dərgidə çap olunan şeirini oxucularımıza təqdim edirik.

 

Apar məni doxsanlara

 

O dövrdə izim qalıb
Çox deyilmiş sözüm qalıb
Xatirəmdən ilham alıb,
Baxar könül oralara
Apar məni doxsanlara.

Yaşım onda azdı mənim
Heç olmazdı dərdim,qəmim
İstəyirəm indi gəlim
Qaçım-gedim doğmalara,
Apar məni doxsanlara.

Bayramları çox fərqliydi
Süfrələr bol-bəzəkliydi.
Adətlər də dəyərliydi
Bircə getsəm o çağlara,
Apar məni doxsanlara.

Televizor köhnə idi.
Düymələri də işləmirdi
Fəqət bizi bir tutardı
Hamı baxardı bir kanala,
Apar məni doxsanlara.

İndi fikrim xəyallarda
Arzum qalıb uzaqlarda.
Bir quş olub o dağlarda
Baxam bizim ocaqlara,
Apar məni doxsanlara.

 

Yazıya 458 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.