İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür

irəvan

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə fevralın 22-də Bərdə rayonunda qastrol səfərində olacaq.
Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rollarda Natiq Həziyev (Nəsimi), Əməkdar artist Sərvər Əliyev (Əmir Teymur), Bəhruz Hikmətoğlu (Şeyx Zahid), Məhərrəm Musayev (Baş vəzir), Müdvər Nemətova (Afət), Niyaməddin Səfərəliyev (Dərviş), Əmrulla Nurullayev (Dərviş libaslı mürid), Anar Buludov (I mürid), Zəki Fətəliyev (II mürid), Arzuman Tanrıverdi (III mürid), Samir Əliyev (IV mürid), Rövşən Cəfərov (Miranşah), Fərid Vəliyev (Carçı) və Güney Əliyeva (Rəqqasə) çıxış edəcəklər.
Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır. Haqq nədir? Nəsimi haqqı hər yerdə, Allahda, onun yaratdıqlarında, hər qəlbdə, hər əməldə axtarır. Tapa bilirmi? Bu sualın cavabı sirdir. Dünyanın özü kimi. Nəsimi dühası cahana sığmayan uca haqqın özüdür.

Yazıya 428 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.