Əzrail da , bekar qalıb
Day qocalıb , yad itirir
Saat da , əqərəblərində..
Dərd aparıb , dərd gətirir.
Acı Acı şirinliklər
Zil ucuna bəhəm calayır.
Ulu karvan cığırları
Ah ağlayır , zar ağlayır.
Axtarma o xoşbəxtliyi
Dünyanın heç harasında.
Gəzir bədbəxt kişilərtək
Bir qadının arxasınca.
İblislərə əl uzadır
Mələk olan o kəslər də
Day həqiqət saxlayırıq
Quş əvəznə qəfəslərdə
İstilər də soyuqlayıb
Sanki bizim tərəflərdə
“Hörməti ” düz etməsən
Düz düzülmür həriflər də.
Yazıya 668 dəfə baxılıb