Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Dövlət Başçısı, Ali Baş Komandanın rəhbərliyi ilə Nazirlər Kabinetinin 15.07.2020-ci il tarixdə keçirilən iclasında Dövlət Başçısı ordumuza dəstək olmaq istəyənlərin qeydiyyatda olduqları rayon üzrə Səfərbərlik Xidmətinə müraciət etmələri tövsiyyə edilmişdir. Bundan ruhlanan xalqımız bu çağrışa qoşularaq 2 gün ərzində 10 minə yaxın insan artıq müraciət etmişdir.
Dövlət başçısının bu müraciətinə Kəlbəcər rayon Mollabayramlı Kənd ağsaqqalları və ziyalılar qoşularaq kənd sakinlərinə bu məsələdə aktivlik nümayiş etdirməyi xahiş ediblər. Kəndin gəncləri və yaşı əlliyə qədər olan nümayəndələrindən artıq 100 ə yaxını insan elektron müraciət edərək könüllü şəkildə Qarabağın azadlığı uğurunda döyüşə hazır olduqlarını bildirmişdirlər. Kənd ziyalılarından olan, Qarabağa Qayıdış İctimai Birliyinin sədri Vaqif İsmayıl redaksiyamıza məlumat verərək bildirdi ki, artıq gənclərlə birlikdə hətda kəndin ağsaqqalları da prezidentin bu çağrışına dəstək olaraq Səfərbərlik xidmətinə müraciət etmək üçün ərizələr yazmışdırlar. Yaşı 50-dən yuxarı kənd sakinləri elektron qeydiyyatdan keçə bilmədikləri üçün yazılı ərizəni poçt vasitəsi ilə göndərəcəklərini bildirirlər.
Yazıya 852 dəfə baxılıb