Qarabağ qazisinə xanımından doğum günü təbriki (fotolar)

WhatsApp Image 2020-07-19 at 09.34.51Bu gün övladlarımın Atası – tankçı, Qarabağda könüllü döyüşçü Murad İbrahimovun doğum günüdür… O, övladlarımın, ailəsinin, dostlarının və nəhayətdə Vətənin fəxridir. Və mənim ən yaxın DOSTUMdur!

Şablon təbriklərdən çəkinərək, onu elə özünün Cəbhə xatirələri yazısı ilə Təbrik Edirəm:

1992-ci ilim martında ön cəbhəyə getdim. Onda Şuşa şəhəri uğrunda döyüşlər gedirdi. Əsgərlərimiz əzmlə vuruşurdular. Gecə-gündüz dayanmadan keşikçi idilər…
Mayın 8-i idi. Biz yenə də o əzmimizi itirmədən döyüşə hazır idik.
Səhər vaxtı idi. Bu zaman Rus ordusuna məxsus 366-cı atıcı alayın köməyi ilə daşnakçılar Şuşaya hücum etdilər. Döyüş yenidən başladı. Mən öz tankımda idim. Yanımda ekipaj üzvlərindən daha iki nəfər – Məmmədov Yusif və Mustafayev Sarac da vardı.
Mərhum Milli qəhrəmanımız Albert Aqaranovun tankı mənim tankımdan öndə gedirdi. Hərəmiz bir mövqe tutduq. Düşmənə nəfəs almadan zərbələr endirirdik. Mərmilərimiz bitdikdə yerləşdiyimiz nöqtəyə qayıdırdıq. Yenidən Mərmilərlə yüklənib döyüşə girirdik. Bir az keçdi. Düşmənin güllə yağışları səngidi sanki. Biz öz tankımızda şəhərin mərkəzi ilə irəliləyirdik. Bu zaman Albert sanki arxayınlaşmış kimi tankın içindən qalxıb ətrafa nəzər salmağa başladı. Mən səs ötürücü cihazla onlarla əlaqə yaratmağa çalışdım. Albertə tankdan çıxmamasını bildirmək üçün…

…. O səhnə gözümün önündən getmir. Bir onu gördüm ki, Albert süzülərək tankın içinə düşdü. Həyəcanla tankın komandiri Ağabalaya (Biz ona öz aramızda Ağoppa deyirdik – M.İ)
– Orda nə oldu? Albertə nə oldu ? – deyə çığırmağa başladım. O, boğuq səslə “Alberti” vurdular-dedi. Dünya başıma fırlandı. Biz Alberti döyüş bölgəsindən çıxarmaq üçün müvəqüəti geriyə çəkildik. O, snayperlə vurulmuşdu…

(O zamana kimi mən
Muradın ağladığını, kövrəldiyini heç vaxt görməmişdim. O səhnəni yenidən yaşayırmış kimi gözlərindən yanaqlarına iki damla düşüb parıldadı… – G.N.İ)

…. Tankım yarasız halda idi artıq. Gözlərim qanla dolmuşdu. Nəyin bahasına olursa-olsun, olsəm belə qisasımızı almalı idim. Alberti bir neçə cəbhə yoldaşlarımızla birgə Laçına göndərdik.
(Sonra öyrəndim ki, oradan da Bakıya gətiriblər.-M.İ)

… Döyüş nöqtəsinə qayıtdıq. Mən Albertin tankına qalxdım. Bu zaman Xankəndi İstiqamətindən Şuşaya düşmənə məxsus T-72 tankı və iki BMP zirehli maşını daxil olurdu… Şuşanı əlimizdə saxlamaq bahasına canımı belə verməyə hazır idim. Buna əlimizdə olan quvvə də yetirdi. Ekipaj üzvlərimlə birgə düşmənin üzərinə hücum etdik. Onların tankını sıradan çıxaranda elə bil ki, ürəyimə batan tikan çıxdı…

İki BMP markalı zirehli texnikanı da vurdum. Azğın düşmənlə döyüş nə az, nə çox düz 18 saat davam etdi…
… Mən döyüşə-döyüşə daxilimdəki hisslə danışırdım: “Albert yaralansa da, güclü oğlandır. Biz onu yaşadacağıq. Ona heç nə olmayacaq. Yaşamalıdır o”- deyirdim…

Albert doğrudan da çox yaxşı döyüşçü idi…Təəssüflər olsun ki, biz Alberti itirdik…

… Və çox təəssüf ki, son damla qanımız axana kimi döyüş şücaəti göstərməyimizə baxmayaraq, bizə Şuşadan çıxmaq əmri verildi. Mayın 8-də Şuşa işğal oldu…(((

Mən bir gün Laçında döyüşdüm. Sonra gərgin döyüşlərin getdiyi Turşsuya getdim. Orda mövqemizi möhkəmləndirdik. Kömək gözləyirdik. Artıq bizə kömək lazım idi. Göstəriş veriləndən sonra, döyüşçü yoldaşlarım məni əvəz etdilər. Nə qədər cəhd etsəm də, orda qala bilmədim. Dizlərimdən yaralar alnışdım. Ayaqüstə taqətim qalmamışdı artıq. Məcbur Bakıya – hərbi hissəyə qayıtmalı oldum.

Mayın 13-də Bakıda idim. Öyrəndim ki, döyüş yoldaşlarımın olduğu tank Turşsu ətrafında düşmənlərin qurduğu minaya düşüb…. Albertin ölümündən sonra, bu ikinci zərbəm oldu…

Mən dözə bilmədim. Yenidən ön cəbhəyə gəldim. Bu dəfə düşmənlərlə mübarizəmizi – Qazax rayonunun Aşağı Əskipara kəndində davam etdirdik. Günlərlə döyüşdük. Çox ağrılı günlər idi. Döyüşçülərimizin də taqəti qalmamışdı. Dizlərimdəki yara sağalmamışdı deyə, sürünə-sürünə də olsa, döyüşdüm…
… və heç bir köməyimiz olmadan geri çəkilməyə məcbur olduq… heyif ki, heyif ki, o qədər qeyrətli oğullarımızın qəhrəmanca döyüşməsinə baxmayaraq, biz köməksiz qaldıq deyə, Laçını da, o biri torpaqlarımızı da itirdik!

WhatsApp Image 2020-07-19 at 11.14.00

WhatsApp Image 2020-07-19 at 11.15.01

WhatsApp Image 2020-07-19 at 11.15.30

WhatsApp Image 2020-07-19 at 11.06.08

WhatsApp Image 2020-07-19 at 09.34.51 (1)

WhatsApp Image 2020-07-19 at 11.07.47

Guler Natiq İsaq

Yazıya 402 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.