İNCƏSƏNƏTSEVƏRLƏR VƏTƏNİN SƏSİNİ DÜNYAYA ÇATDIRIRLAR

IMG_20201008_101908Ölkə başçımız, Ali Baş komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət əsasında Qarabağdakı antiterror əməliyyatlarında və diplomatik müstəvidə ardıcıl uğurlarımız duşmən tərəfi pərişan edib. Bu uğurlarımızdan sonra işə düşən erməni propoqanda maşını müxtəlif Avropa parlamentariləri, müxtəlif pro-erməni KİV-ləri, eləcə də bəzi üzdəniraq xarici şou-biznes nümayəndələri vasitəsilə yalan və tavtologiya dolu məlumatları dünya ictimaiyyətinə sosial media üzərindən çatdırmağa çalışırlar.
Prezidentimizin siyasi addımları və ölkənin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın “onları susdurun” cağırışı erməni yalanlarıyla mübarizə aparan sosial səbəkə istifadəçilərini daha da ruhlandırıb. Belə ki bir çox bloggerlər, səhifə yönəldiciləri öz izləyiciləriylə birləşərək dezinformasiya yayan platformalarda həqiqətləri çatdırır, o platformaların izləyicilərini tarixi faktlarla düzgün məlumatlandırırlar.
Artıq heç kəsə sirr deyil ki, Twitter üzərindən mütəşəkkil formada yayılan #dontbelievearmenia həştəqi dünya ölkələrinin trendinə düşdü. Bununla da dünən 4-5 saat ərzində ermənilərin “sosial platforma lobbisi” adli mif darmadağın oldu.Adobe_Post_20200921_2254420.5969958128179391
Təbii ki, “Laboratory of Art” incəsənət platforması da bu informasiya savaşında tam şəkildə öz yerini alıb. Layihənin idarə heyətindən və aktiv üzvlərindən formalaşdırılan komanda Qarabağda əməliyyatlar başlayandan tarixi faktları, məntiqi izahları xarici dillərdə paylaşmaqla məşğuldur. Mütəşəkkil şəkildə və planlı formada öz fəaliyyətlərini sürdürürlər.
“Qarabağımız üçün gedən savaşda əsgərlərimiz cəbhədəykən biz də arxa cəbhədən onlara dəstək göstərməkdə qürur duyuruq. Başlıca məqsədimiz yalan propoqandaların önünü kəsməkdir. Layihəmizdə də hərbi vəziyyətdir, bütün imkanlarımızla səfərbər olub ordumuzun yanındayıq. Çünki biz hamımız əsgərik: həqiqətin əsgəri, namusun əsgəri, milli qeyrətin əsgəri” deyə layihənin rəhbəri, yazıçı Fərid Nəsibzadə bildirib.

Yazıya 648 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.