AZADLIQ QANLA GƏLİR

Tökülüşüb yollara

Xalqın qadın kişisi.

Gen dayanın, insanlar,

Gəlir Vətən şəhidi.

Bürünüb bayrağına,

3 rəngin ağuşuna.

Adı özündən öncə

Gələn igid oğluna.

Burda millət axını

Baxmır kiçik böyüyə,

Hamı bir ağız deyir,

“Oğlum var ki, öyünəm.”

Uzaqdan gəlir səda

Dolur bütün ətrafa,

Anam “şəhidlər ölməz”

Atam “Vətən bölünməz”

Bir ağız min ağıza

Sözlər əkib biçilir,

Cəzanəsi çiyində,

Millət öndə diçilir.

Bir xiyaban salınır,

Yolu şəhid məzarı.

Şəhidlər ölmürlər ki,

Onlar tarix yazarı.

Əldə şəkil, qara lent,

Şəkil özü danışır.

Ana susur, baxışlar

Içində od alışır.

Ata əlində bayraq

Qüruruyla durubdur.

Oğul şəhid qanıyla

Vətənin qoruyubdur.

Çəkindirməz bu yoldan

Tökülən şəhid qanı.

Azadlıq qanla gəlir,

Mübarəkdir hər anı.

 

Jasmin Jasmin7102ee5d-5f9b-3e1d-9eb0-6724639e13cc_850

Yazıya 550 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.