Sabunçu rayonunda fəaliyyət göstərən 12 saylı poliklinikanın tibbi personalı daim işlərini günün tələbləri səviyyəsində quran sağlamlıq ocaqlarındandır.
Poliklinikanın baş həkimi Abdulkərimova Samiyə xanım səriştəli rəhbərlərdəndir. Daim işində nizam-intizama, insanların sağlamlığı üçün əlindən gələnləri əsirgəmir.
Həkimin başçılıq etdiyi kollektivdə təcrübəli həkimlərdən olan Əhmədova Ceyran xanım 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. O bir müddət yəni uzun illər sahə həkimi kimi çalışıb. 2019-cu ildən isə 12 saylı poliklinikada uşaq şöbəsinə rəhbərlik edir.
Bu sağlamlıq ocağının kollektivi ərazidə yaşayan 18-20 min nəfər insanın sağlamlığının keşiyində fədakarlıqla dayanır.
Poliklinikanın digər şöbəsinin müdiri həkim Emin Məmmədov da digər həmkarları kimi tibb sahəsində bir çox uğurlara imza atmışdır. Həkimlərdən Ülviyyə Hacıyeva, Aygün Əliyeva 2019-u ilin iyul ayından burada pandemiya ilə əlaqədar olaraq əzmlə çalışır, insanların sağlamlığı üçün əllərindən gələnləri əsirgəmirlər.
Onu da qeyd edək ki, Covid-19 pandemiyası ilə əlaqədar 11,12 və 22 saylı poliklinikaların kollektivi birgə bu xəstəliyə qarşı əzmkarcasına mübarizə apararaq 40 minə yaxın sakinə tibbi yardım göstərmişlər.
Ülviyyə və Aygün həkim pandemiya ilə əlaqədar olaraq tibbi qərargahda da öz fədakar işləri ilə seçilmişlər.
Onu da qeyd edək ki, Ülviyyə həkim təcrübəsini artırmaq məqsədilə qardaş ölkə Türkiyədə konfrans və kurslarda iştirak etmişdir.
Kollektivin fəal üzvlərindən olan Ceyran həkim Əhmədova yaxşı işinə görə Səhiyyə Nazirliyinin 28 dekabr 2020-ci il tarixdə xüsusi xidmətinə görə «Səhiyyə əlaçısı» döş nişanı ilə təltif olunub. Həkimlər bundan sonra da insanların sağlamlığı üçün var gücü ilə çalışacaqlarını bildirdilər.
Sonda biz də öz növbəmizdə şərəfli və məsuliyyətli işlərində bu kollektivə uğurlar diləyirik.
Ceyhun
Ceyhun
Yazıya 128 dəfə baxılıb