17.05.2022-ci il tarixində Azərbaycan Yazıçılar Birliyi “Natəvan” adına klubda tanınmış tənqidçi Əsəd Cahangirin qurultaylararası dövrdə Azərbaycan ədəbi tənqidi mövzusunda məruzəsi dinlənildi. Məruzəçi Azərbaycan tənqidi ədəbiyyatını geniş şəkildə təhlil edərək fikir və təkliflərini irəli sürdü.
Əsasən polemik ruha köklənən məruzədəki sitatların, nəzəri fikirlərin təsviri sadə, dili rəvan idi.
Tədbirdə iştirak edən şairlər, yazıçılar, tənqidçilər Əsəd Cahangirin müzakirəsinə fikir bildirirərək, ədəbiyyatımızın qarşısında dayanan problemlərin həlli yoluna çalışdılar.
Məruzə Əsəd Cahangirin cəsarətli fikirləri, ədəbiyyat adamlarına qərəzsiz münasibəti ilə yadda qaldı. Ümumiyyətlə, bu məruzəni qurultaylararası oxunan məruzələrin ən uğurlusu hesab etmək olar.
Yazıya 100 dəfə baxılıb