AKİF ABBASOV – QULDUR DƏSTƏLƏRİ YAXALANDILAR

Без названияŞİRVAN ŞƏHƏRİNİN 60 İLLİYİNƏ İTHAF EDİRƏM 

(hekayə)

         1918-ci il idi. Kürkörpü deyilən körpünün yan-yörəsində 30-40 qazma daxma vardı. Bu yerlər Zubovka adlanırdı. Kasıbçılıqdan əziyyət çəkən adamlar bu daxmalarda ac-yalavac yaşayır, yeməyə əllərinə bir şey keçəndə Allahlarına min şükür edirdilər.

Kür çayının üstündəki körpü indiki kimi möhkəm, dəmir özüllü, dəmir dirəkli deyildi.  İndi müasir üslubda inşa olunub. Bu körpüdən yük və sərnişin qatarları keçir. Ötən əsrin ortalarında və bir qədər sonralar körpü yük və sərnişin maşınlarının da dadına çatırdı.

1918-ci ildə isə, Kür çayının üzərindəki körpü taxtadan idi.

Ermənilər yenə də fironluq edirdilər. Bakıda, Naxçıvanda, Zəngəzurda, Şamaxı və Quba qəzalarında, Lənkəranda, Qarabağda daşı daş üstə qoymur,  azərbaycanlılara qan uddururdular. Birinci Dünya müharibəsi, Rusiyadakı fevral və oktyabr çevrilişlərindən sonra hər yerdə ara qarışıb, məzhəb itmiş,  ermənilərin əlinə çoxlu silah keçmişdi. “Böyük Ermənistan” sərsəm xülyası ilə başlarını daşdan daşa vuran ermənilər Azərbaycan ərazilərinə yiyələnmək istəyir, azərbaycanlıları yaşadıqları yerlərdən qovub çıxarır, qılıncdan keçirir, diri-diri yandırır, evlərini dağıdırdılar.  Bakıdan başlanan vəhşiliklər başqa şəhər və rayonlarımızı, indi “Ermənistan” adlanan əslində Azərbaycan diyarı olan ərazidəki azərbaycanlıların tarixən yaşadıqları kəndləri bürümüşdü.  Quldur silahlı dəstələrinin başında Tayqulaq Andranik və Qarqin Njde dururdular. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək siyasəti yeridirdi. Erməni ki erməni!

Hazırkı Şirvan (keçmiş Əli Bayramlı) şəhərinin ərazində yerləşən Zubovka erməni vəhşiliyindən qan ağlayırdı. Uşaqlar, qocalar öldürülür, hamilə qadınları qarnı qılıncla doğranaraq,  həyata göz açmaqda olan körpələr cansız halda torpağa düşürdülər. Ermənilər bu mənzərəyə baxaraq həzz alırdılar. Kişilərin kürəyinə qaynar samovar bağlanırdı. Onların qışqırtısı ərşə qalxırdı.

Daxmalar  odlara qalanır, insanlar qılıncdan keçirilirdilər.

Nuru paşa İslam ordusu ilə Bakıda idi. Artıq hərəkətə gəlmişdi. Zubovka istiqamətində irəliləməkdə idi. Sağ qalan insanların gözlərində ümid qığılcımları parlayırdı: Nuru paşa köməklərinə çatacaqdı.

Ermənilər öldürdüklərini – öldürdülər, taladıqlarını – taladılar, evləri yandırdılar, ətrafı xarabazara çevirdilər və hərəkətə gəldilər. Tələsməli idilər. Nuru paşanın əlinə keçə bilərdilər.

Onlar Kür çayının üstündəki taxta körpünü adladılar. Yaxşı bilirdilər ki, Nuru paşa İslam ordusu ilə onları təqib edəcək. Bu təqibin qabağını almaq üçün taxta körpünü dağıtdılar. Nuru paşa Zubovkaya çatanda Kür çayını halı pərişan gördülər. Çay məlul-məlul baxırdı. Sanki İslam ordusuna kömək əlini uzada bilmədiyindən  xəcalət çəkirdi.

Erməni quldur dəstələri ətraf kəndləri xarabazara çevirə-çevirə uzaqlaşırdı. Təcili onlara çatmaq, dərslərini vermək lazım idi. Nuru paşa bir yığıncaq çağırdı. Yerli ağsaqqalları da dəvət etdi. Onlara müraciətlə soruşdu:

-Buyurun, sizi dinləyirəm. Ordunu,  texnikanı çaydan necə keçirim?  Siz yəqin bunun sirrini bilirsiniz.

Ağsaqqalların, komandirlərin hərəsi bir təklif verdi. Axırda Nuru paşa öz təklifini irəli sürdü…

Ertəsi gün İslam ordusu artıq Kür çayının o biri sahilində idi. Körpü bu tezliklə bərpa oluna bilməsə də, ordu Kür çayını keçmişdi.

Nuru paşanın ağsaqqallarla məsləhət-məşvərəti səmərəli nəticələnmişdi. Gecəylə  lazımi qədər qara mal kəsilmişdi. Onların dəriləri bıçaqla zədələnmədən soyularaq, köpürdülmüş, hər birinin üzərinə taxta parçaları bağlanaraq körpücüklər yaradılmışdı. İslam ordusu və hərbi texnikası bu vasitə ilə o biri sahilə çıxarılmışdı.

Nuru paşanın İslam ordusu erməni quldur dəstələrini yaxalayıb axırlarına çıxdılar.

Bakı şəhəri, 22 avqust 2023-cü il

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.