(Rus dilindən Azərbaycan dilinə İradə Aytel çevirdi)
Böyük. məşhur şəhərdə
Yaxın keçmişdən bəri
Sakit qonum-qonşuyla
Yaşardı yaxşı biri.
Nə arıqdı, nə də kök,
Nə günahkar, nə də pak,
Tələsmədən, durmadan
Yaşardı yaxşı adam.
Onu heç kəs görməyib,
Ya sərxoş, ya davakar.
O, yaxşı adamıydı –
Beləydi ən son qərar.
Bilik sahibi olmaq,
Onunçün çox zoruydu. .
Uğur qazanmasa da,
Yaxşı adı varıydı.
Nə Allah vergilisi,
Nə xeyirxah deyildi.
Yaxşılıq etməsə də,
Adam bədxah deyildi.
Hökmə gələndə isə,
Sadəydi ən son qərar –
Əgər pisliyi yoxsa,
Demək, yaxşılığı var!
Bir gün yığıb köçünü,
Gözlərini qapadı..
Sanki yaşamamışdı,
Amma yaxşıydı adı.
Dəfn edib söylədilər –
– Qurudu qol-budağı.
– Çəkəmmədi yükünü,
– Yaxşı kişiydi, fağır.
Dostları, tanışları,
Unudub onu tamam.
Məzarlığın küncündə
Yatır o yaxşı adam!
Cilddən cildə ha düşsən,
Geri qayıtmaz gedən.
Bir düşün, doğrudanmı,
Yaxşıydı həmin adam?
Yazıya 19 dəfə baxılıb