ANAİB növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yaydı

anaib-loqoAzərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

… xəbər verir ki, birliyin idarə heyəti sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq rəhbərlik etdiyi qurumun adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dəstəyini ifadə edib.

Azərbaycanda kitab sektoruna, nəşriyyatların fəaliyyətinə dövlət dəstəyini diqqətə çatdıran sədr vurğulayıb ki, sözügedən dəstəyin ən bariz nümunəsi 2022-ci ilin 13 mayında Azərbaycan Respublikası Baş naziri Əli Əsədovun müvafiq sərəncamı ilə ölkədə kütləvi informasiya məhsullarının, kitabların, dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı, eləcə də nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən  azad edilib.

Sözügedən qərarın Azərbaycanda fəaliyyət göstərən çap mediası, eləcə də nəşriyyat və mətbəələrin fəaliyyətində ciddi dönüş yaratmağa hesablandığını nəzərə çatdıran sədr bunun balanslı daxili siyasətin bariz nümunəsi, ölkənin mədəni mühitinin çiçəklənməsi üçün atılan kompleks addımların kiçik bir hissəsi olduğunu bildirib.

Şəmil Sadiq onu da vurğulayıb ki, Prezident İlham Əliyev uzaqgörən siyasəti, stabil siyasi kursu sayəsində 30 ildən çoxdur, Azərbaycan xalqının qanayan yarası olan Qarabağ problemini həll edib, ölkənin ərazi bütövlüyünün bərpası üçün bütün dividendlərdən maksimum yararlanıb. Ali Baş Komandan İlham Əliyev və qüdrətli ordumuz sayəsində artıq hər bir azərbaycanlı alnıaçıq, başıdik gəzə, müstəqil, qalib  ölkənin vətəndaşı olduğuna görə qürur duya bilər.

Rəhbəri olduğu assosiasiyanın Ümummilli lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevə sonsuz dəstəyini ifadə edən Şəmil Sadiq onu da nəzərə çatdırıb ki, bu bəyanat təkcə qeyri-hökumət təşkilatı olmaq yolunda uğurla addımlayan qurumun yox, ölkənin kitabçılıq sektorunda ən fəallardan olan 32 nəşriyyatın vahid mövqeyidir.

Sədr təkcə naşirləri, kitab sahəsində çalışan kadrları yox, ümumilikdə bütün ölkə vətəndaşlarını növbədənkənar prezident seçkilərində fəal olmağa, Prezident İlham Əliyevin namizədliyini dəstəkləməyə və seçki günü ona səs verməyə çağırıb.

Yazıya 5 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.