“İqlim sənin əlindədir” kitabı təqdim edildi

Avqustun 30-u Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Katerina Tarletska və Dmitro Kuzmenkonun ukrayncadan Azərbaycan dilinə tərcümə olunmuş, “Hədəf Nəşrləri”ndə işıq üzü görən “İqlim sənin əlindədir” kitabının təqdimat mərasimi keçirilib.

kultur.az  xəbər verir ki, Tədbir Ukraynanın millət vəkili Serhiy Naqornyakın və Ukraynanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə Ukrayna səfiri Yuriy Husyev, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, ukraynalı millət vəkili Serhiy Naqornyak, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy çıxış ediblər.

Çıxışçılar bu kimi kitabların hər iki ölkənin mədəni-ədəbi əlaqələrinin inkişafına töhfə verməsi ilə yanaşı, yeniyetmə və gənclərin planetin gələcəyinə yanaşmalarının müsbətə doğru dəyişməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıblar.

Qeyd edək ki, sözügedən tədbir, eyni zamanda, Azərbaycanda keçirilməsi nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində ölkədə və dünyada iqlim dəyişikliyi mövzusuna diqqət çəkmək məqsədilə təşkil edilib.

Tədbir çərçivəsində “Ukraynanın uşaq kitabları stendi”nin də açılışı da baş tutub.

Əlavə məlumat üçün deyək ki, tədbirin kuratorları Azərbaycan tərəfindən “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, Ukrayna tərəfindən isə Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçarukdur.

Yazıya 9 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.