RƏŞAD NURİ GÜNTƏKİNİN “DƏYİRMAN” ROMANININ YENİ NƏŞRİ

Bu günlərdə məşhur Türkiyə yazıçısı Rəşad Nuri Gün­təkinin (1889-1956) yaradıcılığında önəmli yer tutan “Dəyirman” romanı yenidən yayınlanmışdır. İlk dəfə Azərbaycan oxucularına 1994-cü ildə kiril əlifbasında təqdim olunan romanı “Kritika” nəşriyyatının yenidən yayınlaması əsərin aktuallığı, ideya müasirliyi, dərin sosial məzmunu ilə bağlıdır. Azərbaycan türkcəsinə yazıçı Vaqif Sultanlının uyğunlaşdırdığı romanda Osmanlının İmperiyasının son dönəmlərində Anadolunun mərkəzdən uzaq, yoxsul bir qəsəbə olan Sarıpinar əyalətində uydurma zəlzələ xəbərinin böyüyərək ölkənin və bütövlükdə dünyanın gündəminə gəlməsi satirik üslubda təsvir edilir.

Əsərdə rəhbər vəzifədə çalışanların daxili-mənəvi dünyası canlandırılmış, fərdi xarakter cizgiləri ilə seçilən səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır.

Romandan hasil olan sonuc budur ki, vazifə sahibləri olmayan hadisələri sanki baş vermiş kimi göstərməklə, yanlışları ört-basdır etməklə zəncirvari şəkildə daha böyük problemlərə yol açır, idarəçilik sistemini gülüş hədəfinə çevirərək dövlətin nüfuzunu zədələyir.

Qeyd edək ki, 1987-ci ildə Türkiyədə “Dəyirman” romanının motivləri əsasında Barış Pirhasanın ssenarisi əsasında Atıf Yılmaz tərəfindən eyniadlı bədii film çəkilmişdir.

 

Yazıya 14 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.