GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR TOPLUSU YAYINLANDI

Bu günlərdə “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu yayınlanıb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın hazırladığı, “Aveprint” nəşriyyatında yayınlanan kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanmışdır.

Oxucuların mühakiməsinə verilən kitab Güney Azər­bay­canla bağlı tarixi, siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə ay­dın­lıq gətirilməsi məqsədilə hazırlanmışdır. Burada bir tərəfdən tarixi-siyasi, qarşı tərəfdən ədəbi-kulturoloji səpkili araşdırmalara yer ve­rilmiş, bu isə problemin hərtərəfli müstəvidə dəyərləndiril­mə­sinə imkanlar açmışdır.

Vaqif Sultanlı və İrəc İsmayılın kitaba yazdığı “Güney Azərbaycan problemi çağdaş düşüncə axarında” adlı öz sözdə problemin aktuallığına diqqət çəkilir:  “Çox təəssüf ki, demokratik dünya uzun illərdən bəri şovi­nist İran fars rejiminin basqıları altında inləyən, hər cür insani hüquqlardan məhrum olan, dar ağacına sürüklənən, məhbəslərdə, sürgünlərdə ağır işgəncələrdən ölümə tərk edilən, qür­bətdə can verən Güney Azərbaycan Türklərinin taleyinə hələ də səs­siz qal­maq­dadır. Dəqiq olmayan statikstik bilgilərə görə, İran bu gün dün­yada edamların sayına görə ilk yerdə dayanan dövlətlər sırasın­dadır. Ölkədə narkotik alveri adı altında məhkum edilən, dar ağacından asılan gənclərin böyük əksəriyyəti siyasi fəaliyyətlə məş­ğul olan şəxslərdir”. “Ön söz”də daha sonra  Güney Azərbaycan probleminin çözüm yolları ilə bağlı məsələlərərə aydınlıq gətirilir: “Güney Azərbaycan probleminin həlli bölgə dövlətləri ilə bağlı əsrlərdən bəri həllini gözləyən bir sıra ortaq siyasi məsələ­lərin çözül­mə­sinə imkan ve­rə­cəkdir. Başqa sözlə, Güney Azər­baycanın ba­ğımsızlıq qazan­ma­sı ilə yad güclərin əlilə par­ça­lanmış vahid xalqın birləşərək gələ­cəkdə yara­tmış olacağı Bü­töv Azərbaycan dövləti bütünlükdə Şərqin taleyində həlledici rol oynacayacqdır”.

Kitaba daxil edilən, mövzu-problem baxımından çeşidli olan, biri digərini tamamlayan məqalələr Azər­bay­can araşdı­rıcıları ilə yanaşı, Türkiyə və Misir alimlərinin əsərlərini də əhatə etməkdədir.

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.