Həmişəki kimi yenə bilmirdim niyə yeni fəsilin gəlişinə sevinirəm. Hər fəsili sevirəm deyə, yoxsa heç bilmirəm sevdiyim fəsil hansıdır, ona gore?
Qışın hərdən elə dəhşətli soyuğu olur ki, dönüb-dönüb “qışa nifrət edirəm” deyirəm. Amma soba yanı , isti çay , pəncərənin kənarında oturub bayırda baş verənləri izləmək- bunları da xoşlayıram. Amma nəsə qış, ya başqa fəsil – mənə fərqi yoxdu, əsas odur mən rahat olum.
Qış son günlərini yaşayırdı . Soyuqdan yeni-yeni çıxıb mülayim havanı hiss edirdik. Sabah açılanda artıq anlaşılırdı ki, qışın sazaqli günlərindən qurtuluruq.
Dərslər məni çox yorurdu. Evdə defter-kitab əlinden yer yox idi, hara baxsan dəftər-kitab gorurdun. Onu da deyim ki, heç bir dərsi sona qədər oxumurdum. Çox vaxt evden universitetə çatana qədər kitab oxuyurdum, buna gore də adətən dərsə gecikirdim.
Yenə məhəllədə heç kimə baxmadan, dayanıb salam vermədən gedirəm . Xoşlamıram belə şeyləri. Hamını tanıyıram, amma tanımamış kimi göstərirəm özümü.
Məhəllədən çıxıb çox getmədən avtobus dayanacağına çatdım.
Səhərlər çox adam olur dayanacaqda. Əksəri məhəllədə yaşayan insanlar olur. Yenə hamsını görməzdən gəlirdim.
Gözlədiyim avtobus gəldi çatdı. Qulaqcığı taxıb keçib oturdum oturacaqların birində. Səs çox yüksək idi, hətta kənara da yayılırdı. Həmişə belə edirəm. Elimdeki kitabı vərəqlədim.
Ən çox əsəbləşdiyim an gəlib çatdı. Lənətə gəlmiş o yolda həmişə tıxac olurdu. Qancıq siqnal səsləri qulaqcıqdan gələn səsi batırırdı. Əsəbdən tıxacdan çıxana qədər bütün avtomobil sürənləri astadan söyürdüm.
Başimi kitabdan qaldirdim, çevrilib yan oturacağa baxdım . Qapı qonşumuz olan orta yaşlı bir qadındı . Kimdənsə eşitmişdim ki , ağır xəstəlikdən əziyyət çəkir. Bilmirəm niyə demişdi, amma bilirdim ki, həqiqətən elədir.
Baxdım gözlərindən yaş axır. Gizləməyə çalışırdı, amma alınmırdi. Üzümü çevirdim. Fikirləşdim yəqin yenə ağrıları var, dözmür, göz yaşları ilə özünü sakitləşdirir. Heç çevrilib baxmaq istəmədim ki, qoy rahat ağlasın. Tıxacsa bitənə oxşamırdı . Ürəyim sıxılırdı əsəbdən. İnsanların dərdlərini dinləməyi xoshlamasam da, söhbət etmək istədim onunla.
Salam verdim. Salamımı alan kimi sual verdim: “nə səbəbə ağlayırsız?”
Əvvəlcə danışmaq istəmədi mənimlə, amma sonradan fikrini dəyişdi. Ağlamaq səbəbini gec anladım. İlk aldığım cavaba gülmüşdüm. Mənə gülməli gəldi ki, insan niyə qışın son günləri olduğunu özünə dərd edib ağlasın. O da gülmüşdü mənə baxıb, amma sualıma cavab almışdım. Növbəti cavab yenə məni güldürdü: insan bir neçə ay qar yağmayacaq deyə niyə ağlasın ki?
Hər cavabına gülsəm də, ağlamaq səbəbini gec də olsa anladım. Məsləhət də verdim: “səbrli olun, qış bir də gələr. qar yenə yağar, ürəyinizdən qarla oynamaq keçərsə buna görə yaşınızı bəhanə gətirməyin, qarla oynayın da, amma qadın mənə baxıb yenə ağlamağa başladı.
Dedim bəlkə sussam yaxşıdı. Danışmadım.
Bir qədər keçdi özü danışmağa başladı.
Dedi: – Qışı da gözləyərəm, qar da yağar, qarla oynayaram da . Amma mən öləndə məni dərin bir quyuya salacaqlar, özümü ağ parçayla bürüyəcəklər və üstümə böyük bir daş qoyacaqlar, mən isə onlara başa sala bilməyəcəm ki, həyatımın ən gözəl günlərini qar yağanda yaşamışam, ən gözəl xəyallarımı qar dənəciklərinə baxa-baxa , onları üz-gözümdə hiss edə-edə qurmuşam.
Artıq tıxacdan da çıxmışdıq. Üniversitetə çatmağıma az qalmışdı, amma nə səbəb idi bilmirdim, tez çatıb avtobusu tərk etmək istəyirdim.
Yazıya 1188 dəfə baxılıb