Əli Şirin Şükürlü – Ölümün gözəlliyi…

alishirin shukurluyağışı sevirəm.

amma
ölmək istəməzdim
yağışlı havalarda.

günəşli hava olsun – istərdim,
çox isti də yox –
adamlar əziyyət çəkər.

qızlarım ağlasın sakitcə,
anam demiş: ağıllı-ağıllı.
bacılarım onlara təsəlli versin,
qadınım təmkinli görünsün.

oğlum Neman
canəzənin sağ tərəfində,
qız nəvəm Səməd sol tərəfində.

qismət olarsa
o biri nəvələrim
sərv-sərv düzülsünarxada,
çiyinləri tabutda.

bu ölümdə
bir xoşbəxtlik var vallah.

amma amandı,
bu sözlər
mütləq yazılsın başdaşında:
yağışı sevsə də,
ölmək istəmirdi
yağmurlu havalarda.

27.06.2012

 

birqış gecəsi – müxtəlif talelər

eyni ildə, eyni gündə
doğulmuşuq –
soyuq qış gecələrinin birində.

eyni məktəbdə, eyni sinifdə
oxuyardıq.
dostluq etdiyimi xatırlamıram
onunla,
nə barədə söhbət etmişik – o da
yadımda deyil.

o kənddə yaşayır indi. ustadır.
ev tikir yəni. daşı daş üstə qoyur.

mən şəhərdə yaşayıram. şeir yazıram.
sözü sözə calayıram.

səhv etmirəmsə
cəmi bir neçə dəfə görüşmüşük
ötən illər ərzində – o da təsadüfən.

adı İsgəndərdi onun.

anam tez-tez xatırlayardı
o gecəni – mən doğulduğum.
sevgi ilə xatırladığıo gecədə
İsgəndər də vardı.
eyni gündə doğulmuşuq onunla –
soyuq qış gecələrinin birində.
bəlkə də
eyni ulduz altında.

iki ana bir-birini tanıyan;
iki insan doğmuşdu
eyni gündə –
soyuq qış gecələrinin birində.

o iki ananın oğlu
o iki insan bir-birini tanıyır
uzun illərdi.

o iki insan
eyni ildə, eyni gündə doğulub
uzun qış gecələrinin birində, bəlkə
eyni ulduz altında.

o iki insan uzun illərdi
ayrı-ayrı tale yaşayır.

… – 03.04. 2013

 

 

ruhlarla söhbət – təsəlli

salam,
ana və ata.

ağrıma dözməzdiniz – yadınızdadı?
yadınızdadı yəqin. ruh – elə yaddaşdı da, məncə.

çox narahat olardınız adi ağrılarımdan.
indisəbir təsəllim var sizə;

gözünüz aydın,
yaxşıdı hər şey,
day alışdım ağrılara.

… – 06.09.2014

 

məzar daşında yazı
məzar daşında yazı:
Əsədova Göyçək Murad qızı
(1932 – 2007)

o Muradın qızı
mənim anamdır. mən
beş bacının qardaşı,
iki bacı bir qardaşın atası.

gün işığı gəzir
məzar daşında, bərq vurur
üstündəki yazılar.

qürub edəcək günəş…
günəş – milyon illərdi azalmır,
bütövdür;
milyon illərdi işıq saçar.

bölünməklə
azalmayan yaranan da var demək.

qürub edəcək günəş.
zülmətdə uyuyacaq yazı,
yatağı məzar daşı.

altı il ötdü qürubundan.
altı il, ana,
işığın üz-gözümdə.

bir gün
bir neçə misralıq yazıya çevriləndə,
çevrilib, zülmətdə uyuyanda
o işıq gəzəcək üz-üz,
gəzəcək göz-göz.

yaranan var ki,
dəyişmir –
bölünməklə azalmaz.
… – 13.03.2013

 

gələcəyin şəkli

fotoda yeddi nəfər:
atam, anam,
mən, qadınım
və üç uşaq.

atam, anam yaşlıdı,
qadınım və mən cavan,
uşaqlar körpə.

iyirmi beş il əvvəl çəkilib foto.

atam, anam həyatda yoxdu artıq,
mən və qadınım ortayaşlı,
uşaqlar cavan.

keçmiş zamandı şəkillər.

gələcəkdə çəkilsəydi bu şəkil,
təxminən iyirmi beş il sonra:
uşaqlar yaşlanıb,
atam və anam cavan,
mən və qadınım körpə.

fotoda yeddi nəfər:
keçmiş zamandı şəkillər,
xəyallar – zaman maşını.

… – 27.12.2012

Yazıya 713 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.