“Qafqaz Nəşriyyat evi” və AYB nağıl müsabiqəsinə start verdi

“Qafqaz Nəşriyyat evi” və Azərbaycan Yazıçılar Birliyi birlikdə “Müasir nağıllar” adlı ədəbi müsabiqəyə start verir.AYB

Müsabiqə iştirakçılarına yaş və mövzu məhdudiyyəti qoyulmur. Müəlliflər yalnız bu vaxta qədər heç yerdə çap olunmayan əsərlərini müsabiqəyə göndərə bilərlər.

Müsabiqəyə göndərilən əsərlər azyaşlı oxucuların maraq dairələrini, onların müasir dünyagörüşlərini, sevdikləri müasir milli obrazları əhatə etməlidir. Müasir nağıllar həcm etibarilə 20 min işarədən az, 30 min işarədən çox olmamaq şərti ilə ushaqedebiyyati@mail.ru elektron ünvanına göndərilməlidir. Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti və nəşriyyatın ekspertləri olmaqla beş nəfərlik gizli heyət tərəfindən anonim şəkildə dəyərləndiriləcək.

Müsabiqəyə göndərilən əsərlər dekabr ayının 10-dan mart ayının 10-na qədər qəbul edilir. Müsabiqənin qalibləri 2015-ci il Novruz bayramı ərəfəsində elan ediləcək.

Birinci yer qalibinə 500 AZN, ikinci yer qalibinə 300 AZN, üçüncü yer qalibinə 300 AZN, beş müəllifə hər biri 100 AZN olmaqla həvəsləndirici mükafat təqdim ediləcək. Bundan əlavə diplomlar və xatirə hədiyyələri. Müsabiqədə yer tutan əsərlər kitab şəklində çap olunacaq.
-

Yazıya 775 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.