Sənsə gic gic şeirlər yazırsan

10850543_328862640633069_794046555_n

Üz-üzə dayanmışdıq. Növbəti stansiya “Ulduz”. Əminəm ki, burda enməyəcək. Bu ürkək baxışlar və bu ilahi gözəllik xarabalıqların böyütdüyü mavi dənizli nağılların Şəhzadəsinə bənzəmirdi. Ulduz satnsiyası isə başdan – başa xarabalıqdan ibarətdir. Ən azından geyindiyi bahalı paltarlar bunu düşünməyə əsas verir. Uşaqsayaq, qorxu dolu baxışlarını səndən ayırmaması üçün saatlarca yalvarmaq olar inancına, amma Bakı metro stansiyalarının arasında cəmi iki üç dəqiqə vaxt fərqi olur. Bu yeraltı keçiddə sürünən dəmir parçasının içində, ən əsas da sənin qarşında qara saçlı, qara gözlü bəmbəyaz bir gözəllik dayanıbsa, bütün hisslərinlə Tanrıya yalvarmış kimi olursan bir anlığa. Dünyadan gəlib keçmiş heç bir rəssamın təssəvvürü bu qədər möhtəşəm ola bilməzdi. Ən incə barmaqların uzun illərlə işləyib hazırladığı ən inci naxışlar belə onun kiprikləri qədər valeh edə bilməzdi bir insanı. Və ani göz qırpımında o cənnət çəpərinə bənzər kipriklərin arasından gecələrin ən gözəl görüntüsünü andıran qara gözlərinin ildırım sürəti ilə səni süzməsi, ve bir anda mükəmməl qaşlarını büzərək baxışlarını başqa yerə tuşlamasında anlayırsan ki, dünyadaki bütün gözəl sözləri  bir araya gətirsən də qadın gözəlliyini sözlərlə tələffüz etmək mümkün deyil.

“Qapılar bağlanır növbəti stansiya Q.Qarayev”. Zamanın necə keçdiyinin fərqinə varmadığımız anlar, əslində həyatımızın ən çox anlam daşıyan parçasıdır. Keçən beş ya altı dəqiqə əslində uzun zaman deyildi. Amma həmin o gözəl hisslərin yaşandığı vaxt altı saniyə kimi gəlib keçdi. Belə zamanlarda insana nəyisə düşünməyi, hansısa qərarları qəbul etməyi unutdurur yaradılışın gözəlliyi. Bir sözlə; bir andaca duyğularının köləsinə çevrilirsən. Nə onu, nə də ətrafdakı kimsələri düşünürsən. Bir anın, bir insanın varlığına susmağı bacarırsan. Susmaq hər şeydən öndə gəlir bəzən. Danışdığının və ya danışacaqlarının bir anlamı, bir ümidi yoxdursa susmaq ən gözəl mənaları daşıyır. Amma məsələ heç də bunlar deyil. Sənə verilən Ömrün zamanından oğurladığın kiçik vaxt çərçivəsi nə qədər gözəl və möhtəşəm olsa da, sanki, qarşındakı möcüzəni izləyərək reallığın güzgüsü ilə göz gözə dayanırsan. Qısa vaxt kəsiyində gördüyün, adını belə bilmədiyin o ilahi gözəlliyin baxışları növbəti stansiyaların birində səni tərk edəcək. Sənsə acizliyinlə dərdləşəcəksən. Onunla birlikdə enib, yanına yaxınlaşıb bir söz, cəmi bircə söz söyləmək üçün gücün yetməyəcək. Çünki, deyəcəyin sözün bir ümidi, bir güvəni yoxdur. Günəşin hər gün bir köşədən parlayıb, digər köşədə batmasını, Payızda yarpaqların tökülməsini hər yeni-yeni böyüyən uşağa inandırmaq olar. Ancaq bir insana arxasında ümidsizlik dayanan ən möhtəşəm sözləri belə söyləsən nafilədir. Bəzən çarəsizliyin sənə yaşatdığı duyğularla kifayətlənərək susmaq zorunda qalırsan. Və səninlə biraz daha uzun yol getməsi üçün yalvarırsan. Onu biraz daha çox izləmək üçün bütün inanclarını bir araya gətirib yalvarırsan.

Növbəti stansiya yalvarışların səsindən bağlanan qapılar. “Neftçilər”. İndi Təbiətin ən gözəl güzgüsü ilə qarşı-qarşıya dayanmışam. Ən bahalı ətirlərin qoxusu mənə tərəf əsir. Yaşanan bütün bu gözəlliklərin üzərinə birdə gözəl qoxu ve cənnətin ağrı dolu, acımasız tərəfləri “reallığın güzgüsü” danışacağım bütün sözlərə çarəsizlik gətirib. Qara saçların altında gizləndiyi kapüşonlu palto, yəqinki Bakının ən bhalı paıtar dükanlarının birindən, ən bahalı qiymətə alınmşdı. Mənsə ən ucuz dükanların birindən, ən bahalısını, ən yaxşısını seçməyə çalışmışdım. Ayağındakı botiklər  “mən 100 azn – əm” deyərdi bəlkə də dili olsa. Mənsə növbəti sdipendiyamın gəlməsini gözləyirdim. Gərçi bu ay ad günləri çox olmuşdu. Onun üzündəki təbəssüm, mutluluq, həyat eşqi ətrafa işıq saçarkən, mənimsə kirli saqqalımın kədəri insanların gözlərini yorurdu. Bir neçə saniyə hisslərimə ara verib, onun doğmalarının, ətrafındaki insanların onu hər gün sevməsini, əzizləməsini, şirin şirin qayğı göstərməsini düşünmüşdüm. Həyatda xoşbəxt insanlar da varmış. O ən yeni paltarlarını geyinib növbəti açılan səhəri daha necə gözəl yaşamaq deyə düşünərkən, mənsə gic gic şeirlər yazıram. Onu qarşıdan gələn yeni ili hansı ölkədə keçirsəm daha maraqlı olar sualı düşündürərkən, mənsə heyatını uduzmuş insanalara məsləhət dərsləri keçirəm. Heç bir uğuru olmayan, bütün heyatını uduzmuş insanlar boşboğazlıqdan yararlanar. Təəssüf ki dualar və yalvarışlar reallığın qanunları ilə ödəşmir. Qapılar bağlanır və o ilahi gözəllik qapının o biri tərəfində öz evinə tərəf addımlamağa başlayır. Və sənin həyat dəftərçənə “Xalqlar dostluğu” adlı ayrılıq duyğuları yazılır. Ayaqlarıma hökm etməyə, bircə addım atmağa gücüm yetmədi. Bacarmadım. Çünki, sözlərimin başladığı yer, ümidlərin tükəndiyi yer idi. Çünki, mənə də; gözlərində yorğunluq gəzdirən, kirli saqqalında özünü gizlətməyə çalışan, əzik-büzük paltarlardan tərz yaratdığını düşünən bir bədbəxt yaxınlaşıb sabahlarım üçün ümidsiz bir söz toplusu yaratmış olsaydı, məndə biraz əsəbləşər və biraz da gülərdim.

“Cavan oğlan, cavan oğlan sonuncu stansiyadır”. Polis zabitini görərkən, hansısa yanlış hərəkət etdiyimi düşünüb qorxmuşdum. Axı kasıbların cinayəti daha ağrılı və ağır olur. Metro çıxışında külək bəhanəsiylə göz yaşlarımı sl yerinə axıtmaq, illərlə içimə yığılan kədəri atmaq istərkən kənardakı insanları görüb biraz daha qürur göstərirsən. Və heç bir əhəmiyyəti olmayan bu hekayəni yazmaq üçün eve, öz otağına tələsirsən.

“Və ən sonuncu stansiya acizliyini kağızlara köçürmıkdir”. Yeri gəlmişkən dostumla görüşdən gəlirdim. O mənə yeni yeni uğurlarından ve gələcək karyerasından danışırdı. Mənsə yeni yazdığım şeirləri oxumuşdum. Sonra uzun-uzun dərdləşmişdik. Maraqlı gün idi, amma nəysə.. On yaşlı bacim qızı qapını açdı və gülə gülə yanıma gəldi. Məni sual atəşinə tutmağa başladı.
- Niyə gələn kimi otağa keçdin? Heç əynini də dəyişməmisən.
- Biraz işim var. Get, gəlirəm.
- yoo, yoo.. əvvəl suallarıma cavab ver – dedi, şirin yanaqlarında təbəssümlə
- hə, eşidirəm.
- Nə yazırsan? Bu birinci sualım.
- Hekayə
- O sənə nə qazandıracaq?

 

 

Əli Namazov

Yazıya 708 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.