QƏTL
İçimdə qurd ulayır, gözlərimin dibi boş…
Gözlərimin ağrısı dırnağımın ucunda.
Bu gecə başım üstə bədrlənmiş Ay – sərxoş,
…Bu gecə bir cüt mələk asılacaq saçından.
Təpimiş dodağımın pıçıltısı duyulmaz,
Ulu bir hənirtiylə oxşaram mələkləri.
Mələkləri asan Div yuxusundan ayılmaz…
Mağaranın küncündə şüşə gəzir gözlərim!
Gözlərimin dibi boş…
can atıram şüşəyə
Qulağımda Ağatlı bir igidin nərəsi.
Dırnağımın ucundan ağrı ucalır göyə,
İçimdə bir yanğı var – tənha Yalquzaq səsi…
DAN ÜZÜNƏ DEDİKLƏRİM
Harayıdır ölən quşun
Dan üzünə dediklərim.
Anamın dua-alqışı
Dan üzünə dediklərim.
Nə haqq budu, nə bu haqdı,
Ömrü pis-yaxşı, toxudum.
Yozammadığım yuxudu
Dan üzünə dediklərim.
Ovudarsa bircə kəsi,
Bəsimdi bu, mənim bəsim.
Yaşanmış ömür nəğməsi
Dan üzünə dediklərim…
Vaxt gələcək.
Vaxta nə var!
Gəmim sahilə toxunar…
Qəbrim üsündə oxunar
Dan üzünə dədiklərim!
Yaza bİlmƏyƏndƏ
Әynimә gеydiyim pеncәyim sıxır,
әlimә gеydiyim әlcәyim sıxır,
çәkmәlrim sıxır ayaqlarımı –
bu dünya üstünә götürmür mәni.
Asılıb qalıram öz ürәyimdәn…
Ağlaya bilmirәm, gülә bilmirәm,
könlüm istәyәni bilә bilmirәm,
bilmirәm özümü, lәlә, bilmirәm…
Ağzımdan çıxnı bilmirәm, vallah!
Asılıb qalıram öz ürәyimdәn…
Ayağım altında son umud yеrim –
Qәfildәn dartılan kәtildi dünya.
Ruhumu oxşamır ulu göylәri,
Ruhumu oxşamır – şәkildi dünya!
Oxşamaz ruhumu ulu göylәri,
Bu şәkil dünyada mәn kеy oluram,
hirsimdәn, hikkәmdәn gömgöy oluram,
solaxay oluram, köntöy oluram…
Yaxşı ki, sözümdәn inciyәn olmur.
…Әynimә gеydiyim pеncәyim sıxır,
әlimә gеydiyim әlcәyim sıxır,
dünya sıxır mәni gеcәlәrindә…
Canımda, qanımda dözüm qalmayır.
Asılıb qalıram öz ürәyimdәn…
Еlә sıxvarılır söz ürәyimdәn
sıxıla-sıxıla nә vaxtsa bir dә
qәlәm götürmәyә üzüm qalmayır.
Asılıb qalıram öz ürәyimdәn…
Ayağım altında son umud yеrim –
Qәfildәn dartılan kәtildi dünya.
Mәn duya bilmirәm ulu göylәri
yaza bilmәyәndә – şәkildi dünya!
DUSTAQ
Bu adamın gözünə qan çilənib bir çanaq,
Sarıyıb qollarına qandaldək qəzəbini.
Məhbəs divarlarıdək ürəyi çatdax-çatdax,
Oturub fikrə gedib ulu kahinlər kimi.
Kürəyini söykəyib köhnə, uçuq divara…
Yox, İNAMA söykənib, divara yox, bu adam.
Nə dünyaya sığmayan sevgisi gəlir kara,
Nə də özgə, ayrı bir umusu var dünyadan.
Gecə keçir…
İlahi, söküləcək dan yenə…
Oturub fikrə gedib… kirpiyinin ucu qan.
Divarların çatdağı azadlıqdan nişanə –
Ayın nuru süzülür divarın çatdağından.
Yaddaşının kələfi çözələnib əlində…
Çətin ki yumaq ola bu kələf ifçin-ifçin.
Elə bil, bəndə düşüb bir bayatı dilində –
Düyün düşüb açılmır bir ömürlük sevinci…
Bu adamın gözünə qan çilənib bir çanaq,
Sarıyıb qollarına qandaldək qəzəbini.
Məhbəs divarlarıdək ürəyi çatdax-çatdax,
Oturub fikrə gedib ulu kahinlər kimi…
***
Əziz Anama
Yoxluğun…
qısacası,
köhnə kişilərin diliylə desək,
qəddimi əydi…
O gün, evimizə getmişdim –
qurum tutmuş hənirtinlə isinən evimizə,
qapını açar-açmaz
dabanı əyri başmaqlarına ilişdi ayaqlarım
üzüstə yerə dəydim!..
***
Mәndәn sоnrа…
охuyаcаqlаr gündәliyimdәn:
düşmәnlәrimin ömrü yаşаdıb mәni…
(şübhә yохdur bunа!)
yаnıb-yахılаcаq dоstlаrım
düşmәnim оlmаdıqlаrınа!
***
əllərim cibimdən utanır,
özüm dostlardan, tanışlardan…
hərdən özünə çəkilmək istəyir adam,
çəkilib öz içini görmək istəyir
içi də cibləri kimi bomboşsa,
heç nə…
yox… ələ gələsi bir şey varsa
yaxşı üzünə
qayıdıb
bu dünyanın üzünə tüpürmək istəyir!
GÖTÜRÜB
Vaxt olub ki, qəlbi qəhər,
Gözlərimi yaş götürüb.
Qaçacağam əvvəl-axır
Mən özümdən baş götürüb!
Bu yol gedir…
gedir elə!
Bu yollarnan kimdi gələn?
a-Ana, məni bir silkələ…
a-Ana, məni huş götürüb!
Qaçdım üzü soyadıma…
Çatammadım öz adıma.
Gücüm çatmaz bu adama –
Dünya boyda daş götürüb!
TÜKƏNƏR
Düşsəm qaranlıq içinə,
İşıqsız çətin keçinəm.
Eh, çırağın nə vecinə,
Piltənin yağı tükənər!
Bir gecəlik Haqqa əyil –
Könül səndən küsən deyil…
Qəlb deyəni deməsə dil,
Sözlərin bağı tükənər!
Dizinə baş qoydum adımın,
Gördüm qalan həyatımı –
Dərdi köhnəlmiş adamın
Dilindən ağı tükənər!
ÇİÇƏyİ burnunda aÇılan gÖzƏl
Bu qızın gözündәn sеvgi tökülür,
Bu qızın yaşından çәkinir adam.
Bu qızın gözündәn qorxuram, atam,
Bu yaşda bu sеvgi hardandı bеlә,
Bu yaşda bu sеvgi yarana bilmәz!
Daha bu qaş-gözlә, bu boy-buxunla,
Bu qız yad gözlәrdәn qoruna bilmәz!
Daha yad gözlәrdәn qoruya bilmәz
Bu qız öz biçimli ayaqlarını,
Hәr sözdәn allanan yanaqlarını,
«Sеvirәm» kәlmәsi dilinә gәlsә,
bәyaz bir gеcәdә şirinliyindәn
nar kimi çatlayan dodaqlarını.
Nә yaxşı, bu qızın öz sеvgisindәn –
Hәlә öz-özündәn xәbәri yoxdu;
Ovsunlu gözündәn xәbәri yoxdu.
Yoxsa sеvgisindәn bu qız, bu yaşda
kәpәnәk olardı, xallı kәpәnәk.
Еlә bu gеyimdә, bu әyin-başda,
еlә bu görkәmdә… donlu kәpәnәk.
Bu qızın gözündәn sеvgi tökülür…
Bu qızın gözündәn qorxuram, atam.
Bu yaşda bu sеvgi hardandı bеlә?!
Çiçәyi burnunda açılan gözәl,
Dе, hardan vеrilib sәnә bu sеvgi?
…Bu qızın yaşından adam çәkinir,
Bu yaşda bu istәk – ilahi vеrgi!
VÜSLAT
Gözəl, məni gəl qınama
“Sən” tapsam Səndən içəri.
Diləyim –
eşq dərgahına
keçəsən məndən içəri…
İçim açıla, nurlana –
Görüşdən can qürurlana…
Ruh bədəndən aralana –
Varam düyündən içəri!
Unudula səhər, axşam
Bir mən olam, bir yanan şam…
Sənə – Tanrıma qovuşam
Elə o gündən içəri…
SƏndƏn о tƏrƏFƏ…
Sәndәn о tәrәfә nә vаr, görәsәn,
Аrzunun sоnumu, şirin hәyаtmı?
Sәn еlә zirvәsәn, еlә zirvәsәn,
Yаnınа çаtmаğа bir ömür çаtmır!
Qоru bu zirvәni – zirvәliyini!
Bахmа ki, hәsrәtin fәryаd sәsiyәm.
Әllәrim vüsаlа yеtişәn günü,
Mәn sәni ömürlük itirәsiyәm!
İtәn nәyimiz yох!
Ömürmü, günmü?
Kаş, sәn оlmаyаsаn bircә itәnim.
Sәndәn о tәrәfә dünyа görünmür –
Dünyа gözlәrinә sığınıb sәnin!
Sәndәn о tәrәfә… illәr ötüşә,
Nә qаrlı qış görәm, nә güllü bаhаr.
Sәndәn о tәrәfә еlә hәmişә,
Bilәm ki, sәn аdlı ӘLÇАTMАZIM vаr!
Yazıya 980 dəfə baxılıb