Kənan Hacı — LƏNƏTƏ GƏLMİŞ ERMƏNİ-MÜSƏLMAN SAVAŞI

Kənan Hacı10632618_763881130316061_8122866686272359994_n Azər və Aida Adası”nı tanıyırsınızmı?

Oxu təcrübəmdə ilk dəfəydi ki, iri həcmli bir romanı bir gecəyə, özü də birbaşa bilgisayardan su kimi içib ayağa qalxırdım. Bu mənim yox, romanın fərasətinə dəlalət edən bir haldır. “Kitabxana.net”  saytından  noutbukuma köçürdüyüm əsəri Hollandiyada yaşayan həmyerlimiz qələmə alıb – Gülşən Lətifxan. “Azər və Aida adası”. Axır ki, haqqında uzun zamandan bəri ədəbi  sferada  söhbət gedən bu maraqlı  əsəri oxumaq fürsətini yaxalaya bildim. Tam 4 saat fasiləsiz olaraq, necə deyərlər, bir oturuma əvvəlindən axırına çıxdığım bu faciəvi məhəbbət dastanı problemin qoyuluşu baxımından ötən əsrin əvvəllərində qələmə alınmış “Bahadır və Sona”,  “Əli və Nino”  əsərləri ilə çox səsləşir.

Bu lənətəgəlmiş erməni-müsəlman savaşı nə qədər bakirə duyğuların qəbrini qazıb, tarixin oyununa düşmüş günahsız sevgililərin həyatına nöqtə qoyub… Azər və Aida, əslində, Əsliylə Kərəmin varisləridirlər. Romanda müəllif belə bir fikir səsləndirir ki, “bizim düşmənimiz ermənilər deyil, lənətəgəlmiş daşnak ideologiyasıdır”. Mübahisəli fikirdir, amma həqiqətdən də xali deyil. Bu fikrə yeri gəldikdə qayıdacağıq.

Azərlə Aida əmiuşağıdırlar, bədbəxtlik burasındadır ki, Aidanın anası ermənidir. Bütün bəlaların kökü də bu zavallı qızın damarlarından qarışıq qanın axmasıdır. Qarabağ hadisələrinin başlandığı vaxtlar Aidanın uşaqlıq çağlarına təsadüf edir, ailənin xoşbəxt nizami da bununla pozulur; ana ərini və qızını xilas etmək üçün Bakıdan biryolluq köçüb gedir, Aida atasının və nənəsinin ümidinə qalır. O instinktiv olaraq mehrini öz əmisi oğlu Azərə salır və nəticədə onların arasında sevgi münasibətləri yaranır.

Gulshen Kazımova 564ds46Müəllif qəsdən təcrübəsiz qızı – Aidanı – çıxa bilməyəcəyi rakursa giriftar eləyir, əslində, burda yazıçı qəsdi yoxdur, damarlarından qarşıq qan axan qızın taleyi öz təbii sonluğuna gəlib çatır. Yazıçı özü də zərif cinsin nümayəndəsi olan bir yazıçı, sadəcə, hadisələri soyuqqanlılıqla müşahidə edir. Hadisələrə ümumqafqaz kontekstində baxış romanın oxucu dairəsinin genişliyi baxımından düzgün ədəbi priyom kimi seçilsə də hər cümlədə milli hislər fəvvarə kimi oxucunun üstünə çilənir.

Aidanın valideynləri Yerevana, dayısının xeyir işinə gedəsi olurlar, orada bəzi xoşagəlməz olaylar yaşanır; onun atasını erməni qurbanlarının abidəsi önünə aparmaq istəyirlər, o isə bu “gəzinti”dən qəti surətdə imtina edir. Orada çörək satan bir qız azəricə danışan Aidaya belə bir məsləhət verir: “Çalış, Yerevanda azəricə danışma, daşnaklara ürcah olarsan.”

Bu, hələ dinc dövrlərin Yerevanıdır; daşnak ideologiyasıyla zəhərlənmiş şəhərdə azəricə danışanın dilini dibindən kəsirmişlər! Bakıda isə erməni dilində qəzetlər çıxırdı, televiziyada, radioda erməni dilində verilişlər səslənirdi, ən yağlı vəzifələrdə ermənilər idi, ən gözəl, səfalı guşələrdə ermənilər şad-xürrəm, rifah içində yaşayırdılar. Bəs, bizim gözümüz niyə yumulmuşdu?!

Əslində, biz “sovet quruluşunun yeni təlxəyi” Mişaya (M. Qorbaçova) minnətdar olmalıyıq ki, bizi qəflət yuxusundan ayıltdı. Çıxılmazlıq labirintində vurnuxan Azər Aidaya deyir: “Bütün günahlar lənətəgəlmiş müharibədədir”. Azərin fikrini redaktə etməyə ehtiyac var – bütün günahlar müharibənin baiskarlarındadır.

Aidanın uşaq sadəlövhlüyü ilə verdiyi sual bu qızın nə qədər saf və bakirə duyğularla yaşadığından xəbər verir: “Nə üçün ermənilər əvvəllər Bakıda sakitcə yaşaya bilirdilər, indi yox?” Bu cür düşünən, dünyanın işləklərindən baş çıxarmayan, siyasətə bulaşmayan nə qədər sadə ermənilər müəllifin qeyd etdiyi kimi, daşnak ideologiyasının qurbanlarıdırlar. Onlar həyatda istinad nöqtəsi, yaşam formulu tapa bilmirlər. Faciə də buradan başlayır.

Romanın olduqca axıcı, səlis və rəvan dili var, bu təbii ki, həm də tərcüməçinin uğurudur. Əsərin bəxti həm də onda gətirib ki, onu Məmməd Oruc kimi peşəkar bir yazıçı doğma dilə çevirib. Bu uğuru şərtəndirən əsas amillərdən biri də tərcüməçinin mövzuya kifayət qədər doğma olması, o ağrıları öz şəxsi taleyində yaşamasıdır. “Köçürülmə”  romanı,  “Əzrayılla görüş”  povesti həm də Gülşən Lətifxanın yazdığı əsərin sələfidir.

“Azər və Aida adası” sərt üslubda yazılıb, Aidanın ana babası Xristoforun dəfni zamanı yaşanan gərginlik, mənfur dayısı, “Krunk”  terror təşkilatının ən fəal üzvlərindən biri olan Rubenin öldürülməsi qadına xas olmayan xüsusi bir amansızlıqla qələmə alınıb. Proza üçün başlıca şərt sayılan  lakoniklik, əyanilik, dialoqların təbiiliyi oxucunu finala doğru çəkib aparır. Final, labüd olaraq, Aidanın intiharı ilə başa çatır.

Gəlin elə buradaca dayanaq. Hardasa oxumuşdum ki, başqalarına bələd olmaq insanı özünə ən çox qaytaran bir şeydir. Başqalarına bələd olduqca özünü daha dərindən tanıyırsan. Gülşən Lətifxanı bu romanıyla tanıdıq və bildik ki, vətəndən uzaqlarda öz millətiylə bu qədər qürur duyan bir azəri qızı yaşayır. Onun fikirləri, düşüncələri ilə bir neçə saatlıq yol yoldaşı olduq, bu fikirlərin heç də hamısına şərik olmasaq da, içimizdə bir məmnunluq hissi baş qaldırdı.

Belə düşünürəm ki, sentimental təsvirlər, lirik ricətlər olmasaydı, roman daha çox qazanardı, axı bu əsər bayağı qəzet serialı deyil, kifayət qədər ciddi bir əsərdir. Əlbəttə, nəzərə alsaq ki, əsərin müəllifi qadındır, yazı prosesində tanış kodların duyğusal həmləsindən qurtula bilməməyini ( axı əsər həm də iki aşıqın milli zəmində faciəsini əks etdirir. – K. H)

 

Yazıya 708 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.