Azərbaycanlı gənc yazarları Avropada tanıtmaq üçün yeni layihə və ŞƏRTLƏRİ

kitab

Alman Azərbaycan Mədəniyyət Evi və Modern.az İnternet portalı gənc və istedadlı azərbaycanlı yazarların əsərlərinin avropalı oxuculara çatdırılması, onların yeni oxucu kütlələrinə çıxması, ümumiyyətlə, gənc yazarlarımızın stimullaşdırılması, onlara bu istiqamətdə dəstək vermək məqsədilə yeni layihəyə başlayır.

Modern.az ortaq layihənin şərlərini elan edir:

- layihədə iştirak yaşı 35-ə qədərdir;

- layihə çərçivəsində yalnız hekayələr qəbul edilir;

- hekayələrin həcmi 10 səhifəyə qədər olmalı, 11-lik şrift və 1,0-lıq  sətir aralıqları ilə yazılmalıdır;

- hekayə mövzuları sərbəstdir, bununla belə, radikal dini, bəşəri əxlaqi dəyərlərə zidd mövzular qətiyyətlə rədd edilir;

Hekayələr 2015-ci il yanvarın 31-nə qədər qəbul ediləcək. Hekayələrinizi Modern.az-a və ya Alman-Azərbaycan Mədəniyyət Evinə təqdim edə bilərsiniz.

Elmin NURİ

Yazıya 712 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.