“Nizami ədəbi məclisi” yenidən canlandı

 

conference_200914

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsi “Nizami ədəbi məclisi” nə təzə nəfəs verdi. Uzun zamandır fəaliyyətində ləngimələr olan birliyə yeni sədrin –  şairə Xəzangül Hüseynovanın təyinatı Gəncə ədəbi mühitinn ədiblərini bir araya topladı.

Yazıçı Qərib Mehdinin, Aləmzər Əlizadənin, Ünbülbanu xanımın, şair Bahadur Fərmanın, Aydın Murovdağlının, Sahib İbrahimlinin və bir çox tanınmış ədəbiyyat fədailərinin iştirakı ilə hər həftənin cümə günləri saat 14 00  da AYB-nin Gəncə bölməsində (ünvan: İnzibati Bina 4-cü mərtəbə) yazarlarla görüş keçiriləcək. Görüşdə şair və yazıçıların yeni əsərləri səsləndiriləcək və peşəkarlar tərəfindən qiymətləndiriləcək.

Birliyin məsləhətçisi Aləmzər Əlizadənin dedikəri: “Nizami ədəbi məclisi”ni keçirməkdə məqsədimiz Gəncəbasar yazarlarını bir araya toplamaq, onların yaradıcılığı ilə tanış olmaq, layiqli ədəbi nümunələri seçib geniş nətbuata təqdim etmək, yeni nəfəslə birliyimizə üz tutan gənclərə doğru yol göstərmək, onları birliyə üzv edərək dünyaya tanıtmaq, yeni kitabların təqdimatını təşkil etmək, tarixi günləri yaddan çıxarmamaq, bir sözlə, sözə tapınan hər bir kəsə dayaq olmaqdır. Odur ki, hər bir yazarı ocağımıza dəvət edirik”.

Xatırladaq ki, Birliyin ilk yığıncağı 24 yanvarda keçiriləcək.

 

 

 

Yazıya 827 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.