ƏLLƏRİNÇÜN DARIXMIŞAM NƏ VAXTDI

10967992_1547485132202590_1674938175_n
Şairə Xatirə Xatunun “Yuxuların ümidinə qalmışam”


“Bir də görən sarılarmı boynuma” və “Gecikmiş sevgi”
şeirləri haqqında poetik düşüncələr.
Xanım yazarlarımız arasında güclü poetik aləmə malik olan istedadlı şairlərimizdən biri də, Cənub bölgəmiz olan Lənkaran şəhərində yaşayıb-yasradan Xatirə Xatundur.
Şeirlərini internet səhifələrtindən izlədiyim Xatirə Xatunu şəxsən tanımasam da, şairənin misralarında canlanan poetik-fəlsəfi və poetik-pisixoloji fikirlərindən onun əsil şair və pozetiv ovqatlı, xoş simalı bir insan, gözəl xasiyyətli bir xanım olduğunu təsəvvürümdə canlandırıram.
Bu yazımla Xatirə Xatunun bütövlükdə yaradıcılığını təhlil etmək fikrində deyiləm. Sadəcə şairənin son vaxtlar qələmə aldığı “Yuxuların ümidinə qalmışam”. “Bir də görən sarılarmı boynuma” və ” Gecikmiş sevgi” şeirləri haqqında poertik düşüncələrimi yazmaq qərarına gəldim. Poeziya tənqidçisi olsam da, öz şair müasirim haqqında mühakimə yürütməyin və obyektiv şeir təhlil etməyin nə qədər çətin və məsuliyyətli olduğunu dərk edirəm. Bu yazını yazmaq mənim üçün bir o qədər də çətin deyil. Lakin. dediyim kimi ədəbiyyat tənqidçisi olsam da, həm də şairəm. Şairin isə şairə haqqında fikir söyləməsi çoxları üçün birmənalı başa düşülməyə bilir. Buna görə də istər-istəməz bu yazıya ehtiyatla yanaşmağı vacib sanıram. Bir də etiraf edim ki, Xastirə Xatunun şeirlərinə tənqidçi kimi deyil, oxucu kimi yanaşmağı lazım bilirəm.
Xatirə Xatunun internet səhifələrində izlədiyim yeni şeirləri, bütün oxucular tərəfindən böyük heyranlıqla oxunur. Həmin şeirlərdə böyük həyatın bir parçası olan məhəbbət motivləri əsas yer tutur. Bu şeirlər bütünlükdə sadə və inandırıcı, eləcə də lokonik bir ovqatla oxucuları özünə cəlb edir və onlarda böyük pozetiv əhval-ruhiyyə yaradır.
Alınmaz qalanı almaq insandan böyük hünər, rəşadət, istək və məhəbbət tələb edir. Bu istəyi, bu məhəbbəti həyata keçirmək üçün fiziki və təfəkkür qüvvəsi, aramsız ürək döyüntüləri yetmədikdə, yuxuların ümidinə qalırsan. Yuxu da çox zaman həqiqüətə çevrilə bilmir.
“Kaş bu gecə qonaq gələ yuxuma”–
Deyə oyaq qarşılarsan sabahı.
Əsəbləşib qarğıyarsan gecəni,
Elə demə, gecənin nə günahı?
Burada artıq həqiqət doğrulmadığı üçün yuxuya çevrilir. Daha doğrusu yuxunun həqiqətə çevriləcəyini bir ümid, bir arzu kimi yaşadan aşiq əsəbləşib gecəni lənətləyir, lakin gecənin deyil, elə aşiqin özünün günahı meydana çıxır. Burada məşuqun fikriylə desək yuxu aşiqin vəfasız olduğunu duyub, ondan inciyib məşuqun dalınca sərgərdan kimi addım-addım gəzir.
Tərk edilmək səni yaman dəyişmiş,
Ay bir vaxtlar məni məndən alanım.
Anladınmı indi həsrət nə imiş?
Yuxuların ümidinə qalanım…
Tərk edilmək insanı dəyişir, amma sən bir vaxtlar məni məndən almışdın. İndi həsrətin nə olduğunu, necə çətinliyini yəqin ki, dərk edib anlamısan, lakin yuxuların ümidinə qaldıqdan sonra…
Şeirdəki fəlsəfi durumla çulğaşan aydın pisixoloji ovqat şairənin usta qələm sahibi olduğunu göstərir. Kifayət qədər sadə duyğu, süni pafossuz şair nəfəsi öz oxucusunu inandırır ki, məhəbbət qarşılıqlı olmalı, aldadıcı vəziyyətin yaranmaması üçün sevgi meydanına eşq dolu ürəklə, sədaqətlə çıxmalı və öz məftununu yarı yolda qoymamalıdır.
Xatirə Xatunun “Bir də görən sarılarmı boynuma” şeirində də məhəbbnət mövzusu ön plana çəkilir. Bu şeirdə əvvəlkindən fərqli olaraq məqsəd daha aydın, ovqat isə daha sevindiricidir.
Bir də görən sarılarmı boynuma,
Qollarınçın darıxmışam nə vaxtdı.
Görüşəndə əllərimdən qopmayan,
Əllərünçün darıxmışam nə vaxtdı.
Sevgini şirinləşdirən, onun sədaqətini möhkəmləndirən həsrət və intizar çəkməkdir. Qovuşmaq həsrəti ilə çırpınan ürəyin atəşini yalnız vüsal söndürə bilər. Sevgilisinə qovuişmaq, qollarını onun boynuna dolamaq, əllərinin təmasını duymaq sevənlərin haqqıdır.
Sözlərə heyran olmaq, sevgi atəşinə yanmaq, “gülüm” demək, “can” demək sevilənin də xoşbəxt olacağından xəbər verən əsl sedvgi mesajlarıdır. Axı sevgilisindən ayrı düşən aşiqin ürəyi necə aram ola bilər? Necə şad və şən həyat sürə bilər? Bir saç, bir tel ki, sevgilinin isti, yumşaq əlləri ilə sığallanıbsa, o əllərin sevgi dolu hərarətini necə unutmaq olar?
Çəmən-çəmən axtardığın, gəzdiyin,
Arasından ən gözəlin üzdüyün,
Hər görüşdə saçlarıma düzdüyün,
Güllərinçün darıxmışam nə vaxtdı.
Bu bənddə aşiqin sevgilisinin müəyyən bir xoş dövrünü təsəvvüründə canlandırırır. Çəmənləri gəzib, güllərin ən təzə-tərini dərib öz sevgilisinin saçlarına düzdüyünü xatırladaraq, sevgilisinin dərdiyi çiçəklər üçün də darıxdığını söyləyir. Şairə poeziyanın sirri, sehri və sanki poetik bir musdiqi dili ilə sevgilisinə vurğunluğunu bəyan edir.
Sevgilisinin getdiyi vaxtdan bəri pərişan olduğunu, qəlbinin başı hicran yaralarına tuş gəlməsini söyləyir və onun yanaqlarına qoşa-qoşa yaraşıq verən qara xalları üçün darıxdığını ərz edir və inamla sevgilisinin şəhər-şəhər dolanıb, pərvanə tək onun ətrafına dolanan, nəhayət öz aşiqinə tərəf yol alan yollar üçün darıxdığını, ən sonda isə qovuşacağına inanır, ümid bəsləyir.
Xatirə Xatunun profesional ovqatla qələmə aldığı şeirlərin dadlı-duzlu və düşündürücü olması oxucunu heyrətləndirməyə bilmir. Onun şeirlərində axıcılığı, fikir konkretliyi, adi stereotiplərtdən uzaq, dolğun və ritorik misralar nəzərə çarpır və şairənin usta qələm sahibi olduğunu göstərir.
Xatirə Xatun “Gecikmiş sevgi” şeirində də öz profesional gedişi ilə məhəbbət mövzusunu davam etdirir, poeziyanın sehrini artırır və poetik kamilliyini açıq-aydın hiss etdirir.
Sevgililər arasında bu və ya digər səbəblər üzündən günahkar mövqeyə də yuvarlana bilirlər. Lakin öz səhvini anladıqda peşimançılıq hissləri ilə qarşılaşırlar. Belə vaxtlarda dil deyil, baxışlar dioloqa girir. Məlul-məlul baxışlar qəribə bir xəyali susqunluq yaradır, bu zaman artıq söz deməyə yer qalmır.
Söylə, neyləyim indi bu gecikmiş sevgini,
Əsir aldı ruhumu, ürəyimi, canımı.
Qəfil gələn qonağın nadinc uşağı kimi,
Pozdu könül mülkümün səliqə-səhmanını.
Sevgi yaşa baxmasa da əvvəlki qaynarlığını və müqəddəsliyini özündə saxlaya bilməsə də, insanın ruhunu tamamilə sarır, sevənin üsrəyini, canını əsir alır. Burada şairə haqlı olaraq gözəl müqayisə, ekvivalent fikir yarada bilir. Gözlənilmədən gələn qonağın nadinc uşağı ev-eşiyi töküb-dağıtdığı kimi, vaxtsız məhəbbət də dinc bir ürəyi, sakit bir düşüncəni alt-üst edir. Lakin bu məhəbbət vaxtsız, xeyli gecikmiş olsa da öz müqüəddəsliyini itirmir.
Bu yerdə şairə xanım öz etirazını bildirərək deyir ki; vaxtsız gələn bu bahar ömrümün xəzan çağında açdığı gül-çiçəyin qara, sazağa düşməsi peşimançılıqla nəticələnə bilər. Buna görə də şeirin sonunda şairə öz etirazını bildirir;
Çıxma daha qarşıma, sən ey bahar həvəslim,
Mənim yolum başqadı, özünə ayrı yol seç,
Bir tərəfli sevdadan kim qazana bilib, kim?
Gəl bu vaxtsız sevdadan elə vaxtında vaz keç.
Vaxtı ilə sən mənim sevgimi dəyərləndirə bilməmisən, indi də mənim yolum başqadır. Daha qarşıma çıxma, özünə başqa yol tap, bu vaxtsız sevdadan vaxtında vaz keç.
Bu etirazlara baxmayaraq qəlbinin bir daha ovlandığını dərk edən şairə ən sonda bu gecikmiş məhəbbətə biganə qalmadığını dərk edir, qəlbinin, ruhunun, ürəyinin əsr alındığını hiss edir…
Poeziyanın meyarı hər şeydən əvvəl sənətkarın yetkinlik meyarıdır, onun fəlsəfi-pisixoloji müdrikliyinin meyarıdır, eləcə də şəxsiyyətin harmoniyası, epitetlərin gözəlliyi və daha sonra sənətkarın istedadlı, eləcə də yazıb-yaratmaq bacarığı gəlir. Zaman keçir, dövür dəyişir, ömür keçir, gün kedçir, lakin həqiqi sənət, dünyanı bizim üçün əbədi, həmişəyaşar varlığa çevirir. Burada söhbət, sözsüz ki, əsl şairdən, əsl istedaddan gedir. Əsil şairlərdən, əsl istedadlardan biri də əlbəttə ki, şeirlərini sevə-sevə oxuduğumuz şairə Xatirə Xastundur.

Heybət Hörmət,
Şair, ədəbi-tənqaıdçi,
“Qızıl qələm” mükafatı laureatı.
Bakı-2015
30 yanvar.

Yazıya 881 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.